Məhsul Sahibi (Issuing)

Məhsul Sahibi (Issuing)

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    07 sentyabr 2023

  • Bitmə tarixi

    07 oktyabr 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Məhsul Sahibi (PO) vakansiyaları üçün bura keçid edin!

İşiniz nədən ibarətdir?

  • Korporativ kart məhsulları üzrə satışın həyata keçirilməsi, gəlirlərinin artırılmasında və təyin edilmiş satış hədəflərinə çatmağa nail olunmasında müştəri menecerlərinə satışla əlaqəli dəstəyin göstərilməsi
  • Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması və mümkün qədər azaldılmasının təmin edilməsi, məhsul dövriyyəsinin gözlənilən həcmdə olmasına dəstək göstərməsi
  • Korporativ Kart məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada köklü həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi
  • “Hesab və ödəniş xidmətləri” məhsul xidmətlərinin davamlı inkişaf etdirilməsi üçün yerli bazara xas və beynəlxalq təcrübənin nəzərdən keçirilməsi, inkişaf üçün istiqamətlərin göstərilməsi 
  • Məhsulun xüsusiyyətləri haqqında bilik və təcrübənin komanda daxilində bölüşülməsi
  • Potensial məhsul inkişafı üzrə biznes modelinin yaradılması, Yeni məhsulların hazırlanması və idarə edilməsi 
  • Məhsulun inkişafı tələb olunan təqdirdə aidiyyəti bölmələr ilə tələb olunan texniki sənədlərin hazırlanması və testlərin həyata keçirilməsinin təmin edilməsi
  • Məhsul üzrə formalaşa biləcək Risk, Audit və Komplayns pozulmalarına cavabdehdir
  • Funksional sahə lideri və Hesab və ödəniş xidmətləri üzrə lider tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
  • Təyin olunduğu struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv qismində iştirak edərək Bankın təsdiq etdiyi şərtlərə uyğun olaraq müştərilərə məhsulların təqdim edilməsi ilə bağlı qərarların qəbul edilməsində iştirak etmək. (araşdırma aparmaq, səs vermək və s.) Qərarların qəbul edilməsi zamanı məsuliyyətini dərk edərək, komplayns siyasəti və etik davranış qaydalarının tələblərini nəzərə almaqla səs vermək. Bankın maraqlarını üstün tutmaq, Şəxsi maraqlarını hansısa formada üstün tutmamaq.
  • İştirak etdiyi qərarvermə səlahiyyətinə malik struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv olan hər bir əməkdaş tərəfindən əmək funksiyalarının və icra intizamının lazımı qaydada yerinə yetirilməsinə nəzarət etmək və hər hansı mənfi hal (komplayns siyasətinə, etik davranış qaydalarına, daxili qaydalara və qanunvericiliyə uyğun olmayan) ona məlum olduqda bu barədə aidiyyəti funksiyanı və ya yuxarı rəhbərini məlumatlandırmaq.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • Tələb olunan iş təcrübəsi: 1-3 il
  • Xarici dillər: İngilis, Rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Bank məhsulları

Elan #850813

  • 1112

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox