Məhsul Sahibi (Product Owner)

Məhsul Sahibi (Product Owner)

Unibank ASC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Texnologiya

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    19 mart 2025

  • Bitmə tarixi

    18 aprel 2025

Təsvir:

  • Məhsul üzrə tapşırıqların yaradılması və prioritetləşdirilməsi;
  • Strategiya və ideyaların təqdim edilməsi;
  • Müştəri ehtiyaclarını nəzərə alaraq məhsulun xüsusiyyətlərinin müəyyən edilməsi;
  • Məhsulun hazırlanması və bazara çıxarılması;
  • Müştərilərlə görüşlər və sorğuların keçirilməsi;
  • Müştəriləri və maraqlı tərəfləri məhsulun hazırkı vəziyyəti barədə məlumatlandırmaq;
  • Məhsul üzrə hesabatlara nəzarət etmək;
  • Bazarın mütəmadi təhlili.

Tələblər:

  • Məhsul Sahibi və ya Məhsul Meneceri vəzifələrində ən azı 2 il iş təcrübəsinə malik olmaq;
  • Biznes istiqaməti (məhsul) üzrə ən az 5 illik bank təcrübəsi;
  • Agile metodologiyaları (Scrum, Kanban və s.) üzrə praktik iş təcrübəsi;
  • "Discovery" prosesinin aparılması üzrə bacarıqlar (bazar araşdırması, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi, müsahibələr və sorğuların keçirilməsi);
  • "Delivery" prosesinin əminliklə aparılması (məhsul backlog-unun formalaşdırılması, tapşırıqların prioritetləşdirilməsi, məhsulun hazırlanmasına nəzarət və MVP-nin bazara təqdim olunması);
  • "Post Analysis" aparılması təcrübəsi (məhsulun istifadəyə verilməsindən sonra nəticələrin təhlili, istifadəçi rəyləri ilə işləmək, məhsulun gələcək inkişaf istiqamətinin korrektə edilməsi);
  • Bankın rəqəmsal məhsulları ilə tanışlıq və onların inkişaf spesifikasını başa düşmək;
  • Analitik düşünmə qabiliyyəti, problemlərin həlli və əsaslandırılmış qərarların təklif edilməsi bacarığı;
  • Yüksək səviyyədə məsuliyyət, təşəbbüskarlıq və detallara diqqətlilik;
  • Güclü şifahi və yazılı kommunikasiya bacarıqları;
  • İngilis dilini bilmək mütləqdir, rus dili biliyi arzu olunandır.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox