- Bankın strategiyasına uyğun məhsulları yaratmaq və inkişaf etdirmək;
- Bazarı araşdırmaq, müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, bu məqsədlə müştərilərlə görüşləri aparmaq, təkmilləşdirilmiş müştəri təcrübəsinə nail olmaq;
- Məhsulun yaradılması üzrə xərc / gəlirlərin hesablanması və təhlilini aparmaq;
- Məhsulun yol xəritəsini (roadmap) hazırlamaq;
- Biznes hədəflərinə çatmaq üçün görüləcək işləri və mövcud tapşırıqları (backlog) prioritetləşdirmək və yerinə yetirilməsini idarə etmək;
- Ümumi hədəflərə çatmaq üçün məhsululun yaradılması üzrə kross-funksional komandanı yönəltmək;
- Seqment müştərilərinin ehtiyaclarına cavab verən məhsul və xidmətləri komanda ilə birgə hazırlamaq;
- Yeni məhsul ideyalarını qiymətləndirmək və onların bazara çıxarılması strategiyasını hazırlamaq;
- Məhsul boşluqlarının müəyyənləşdirmək və onların aradan qaldırılmasını təmin etmək;
- Məhsulun effektiv marketinq kommunikasiya planının hazırlanmasında iştirak etmək.
Namizədə tələblər:- Ali təhsil;
- Bank işi və ya müvafiq layihə işi üzrə - ən azı 2 il iş təcrübəsi;
- Dil bilikləri – Azərbaycan dili, yaxşı səviyyədə Rus dili biliyi, İnglis dili biliyi arzuolunandır;
- MS Office proqramları üzrə (əsasən Excel və Power point) yüksək səviyyədə biliklər;
- PPO, PSPO, ACP, CSPO və ya analoqu olan sertifikatlara sahib olmaq üstünlükdür;
- Müştəri seqmenti və məhsul üzrə biliklər;
- “Agile”, “Design thinking” metodologiya üzrə biliklər arzuolunandır;
- Yüksək dərəcədə analitik qabiliyyət, səmərəli ünsiyyətqurma bacarığı, komanda ilə işləmə və qərar qəbul etmə qabiliyyəti;
- İşlərini planlaşdırma bacarığı, yüksək dərəcədə məsuliyyətlilik.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv.
- Tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
Siz elektron poçtun “mövzu” yerinə “Məhsul üzrə ekspert” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.