Məhsul üzrə mütəxəssis

Məhsul üzrə mütəxəssis

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    09 iyul 2024

  • Bitmə tarixi

    18 avqust 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Məhsul üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Öhdəliklər:

  • Korporativ müştəriləri Bankın sənədli əməliyyatlar/ticarətin maliyyələşdirilməsi məhsulları və xidmətləri ilə təmin etmək və bu əməliyyatların idarə edilməsinə dəstək olmaq;
  • Mövcud və yeni müştərilərə satış təqibi çərçivəsində korporativ satışlarının idarəedilməsi üzrə müştəri/müştəri menecerləri və digər aidiyyatı tərəflərlə qarşılıqlı əlaqənin qurulması;
  • Müştəri tərəfindən ticarətin maliyyələşdirilməsi üzrə razılaşmanın tələblərinə komplayns baxımından riayət olunmasına nəzarət edilməsi;
  • Ticarət maliyyələşdirilməsi sazişləri üzrə münasib qiymət və razılıq üçün səmərəli yardımın göstərilməsinin, müştərilərin tələbatını müəyyənləşdirilməsinin təmin edilməsi;
  • Müştərilərin ticarət maliyyələşdirilməsi üzrə sorğularının araşdırılması;
  • Cari/potensial məhsullara və xidmətlərə dair məlumatlı olmaq;
  • Müvafiq tədbirlərdə və məhsul təqdimatında iştirak etmək və onları həyata keçirmək;
  • Bankın ticarətin maliyyələşdirilməsi üzrə fəaliyyətini dəstəkləmək məqsədilə yerli və xarici müxbir banklarla və ixrac kredit agentliklərlə səmərəli ünsiyyətin saxlanılması;
  • Müştərilərin məhsula dair şikayətlərini və narahatlıqların idarə etmək;
  • Bankın Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
  • Təyin olunduğu struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv qismində iştirak edərək Bankın təsdiq etdiyi şərtlərə uyğun olaraq müştərilərə məhsulların təqdim edilməsi ilə bağlı qərarların qəbul edilməsində iştirak etmək. Qərarların qəbul edilməsi zamanı məsuliyyətini dərk edərək, komplayns siyasəti və etik davranış qaydalarının tələblərini nəzərə almaqla səs vermək. Bankın maraqlarını üstün tutmaq, Şəxsi maraqlarını hansısa formada üstün tutmamaq;
  • İştirak etdiyi qərarvermə səlahiyyətinə malik struktur vahidlərində (squad, komitə, komissiya və s.) üzv olan hər bir əməkdaş tərəfindən əmək funksiyalarının və icra intizamının lazımı qaydada yerinə yetirilməsinə nəzarət etmək və hər hansı mənfi hal (komplayns siyasətinə, etik davranış qaydalarına, daxili qaydalara və qanunvericiliyə uyğun olmayan) ona məlum olduqda bu barədə aidiyyəti funksiyanı və ya yuxarı rəhbərini məlumatlandırmaq.

Tələblər:

  • Tələb olunan iş təcrübəsi: 1-3 il 
  • Lisenziya / Sertifikat: 2-3 LIBF;
  • Xarici dillər: İngilis, Rus;
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul üzrə biliklər: Ticarətin Maliyyələşdirilməsi məhsulları;
  • Bazar üzrə biliklər: yerli və xarici;
  • Başqa tələblər: müvafiq yerli və xarici qanunvericilik, SWIFT.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox