Məlumat xidmətləri üzrə assistent

Məlumat xidmətləri üzrə assistent

PASHA Malls
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    02 oktyabr 2024

  • Bitmə tarixi

    06 noyabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Məlumat mərkəzinin mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

 

Əsas vəzifə öhdəlikləri:

  • Alış-veriş mərkəzinə gələn qonaqları qarşılamaq, salamlamaq və suallarını cavablandırmaq;
  • Ticarət mərkəzi qonaqlarını məlumat kitabçaları ilə təmin etmək;
  • Maraqlı və potensial qonaqları müəyyən etmək və onlara əlavə məlumat vermək;
  • Tədbirlərdə nümayəndə kimi çıxış edərək təşkilatçılar və digər heyət üzvləri ilə əlaqə qurmaq;
  • Qonaqların məmnuniyyətini təmin etmək, onların şikayətlərini həll etmək;
  • Sorğuları lazımi şöbələrə yönəltmək və təfərrüatı ilə qeyd etmək;
  • Avtomobil dayanacağının itmiş biletləri ilə bağlı məsələləri həll etmək;
  • Gündəlik hesabatlar hazırlamaq (itmiş və tapılan əşyalar, icazə vərəqələri və s.).

 

Tələblər:

  • Yaxşı müştəri xidməti və təşkilatçılıq bacarığı;
  • Qonaqlarla və müxtəlif işçi kateqoriyaları ilə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Güclü iş etikası;
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışıq;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Eyni anda bir neçə iş ilə məşğul olmaq və güclü təşkilatçılıq bacarıqları;
  • Mükəmməl vaxt idarəetmə və işdə prioritetləri müəyyən etmək bacarığı;
  • Detallara diqqət və problemləri həll etmək bacarığı;
  • Müstəqil və komanda şəklində işləmək bacarığı;
  • Şirkət tələblərinə uyğun davranmaq və intizamlı olmaq (geyim kodu və s.).

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox