YES Architects MMC “ Memar ” Vakansiyası elan edir.
Vəzifə: Memar
İş yeri: Bakı şəhəri
İş qrafiki: (Həftə İçi) 09:00 – 18:00
Altıncı gün qısa iş günü - 09:00 – 14:00.
Vəzifə öhdəlikləri:
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
- Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
- Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
- İlkin eskizin/cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasının təmin olunması;
- İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
- Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
- Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
- Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (maketlər, elektron versiyalı prezentasiya materialları) hazırlanması.
Vəzifəyə dair tələblər:
- Müvafiq sahədə təhsil ;
- Müvafiq sahədə 5 ildən çox iş təcrübəsi (Ekspertizaya layihələri hazırlayan );
- Snip, Ghost, AzDtn normalarını bilən ;
- Ekspertiza üçün işçi layihə hazırlayan və ekspertizada layihəni müdafiə edə bilən ;
- AutoCAD və REVİT proqramı üzrə kompüter proqramları ilə işləmək bacarığı ;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
- Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.