Menecer

Jumla
  • Şəhər

    Bakı, Mirvari Dilbazi 16A

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    25 mart 2025

  • Bitmə tarixi

    24 aprel 2025

Şirkət Haqqında

Jumla, yüksək keyfiyyətli və minimalistik zərgərlik məhsulları üzrə ixtisaslaşmış aparıcı pərakəndə satış brendidir. Müasir, emosional və ilhamverici zərgərliklər təqdim edərək insanlara öz dəyərlərini, xəyallarını və hisslərini ifadə etməyə imkan yaradır. Biz onlayn biznes kanallarımızı daha da inkişaf etdirmək və bu sahədə komandanı gücləndirmək üçün Menecer vəzifəsinə uyğun namizəd axtarırıq.

Vəzifə Məlumatı

  • Menecer, Jumla-nın onlayn biznes kanallarının idarə olunmasına cavabdeh olacaq.
  • Satış və müştəri təcrübəsi proseslərinə rəhbərlik edəcək,
  • Komandanın gündəlik işini təşkil edəcək
  • Satış strategiyasını formalaşdıraraq onun icrasını təmin edəcək.

Əsas Vəzifələr:

Satış İdarəçiliyi

  • Instagram və digər rəqəmsal platformalarda satış strategiyasını hazırlamaq və tətbiq etmək
  • Satış məlumatlarını təhlil edərək trendləri müəyyənləşdirmək, hədəflər təyin etmək və komandanı bu istiqamətdə yönləndirmək
  • Onlayn satışı stimullaşdırmaq üçün kampaniyalar hazırlamaq və həyata keçirmək
  • Korporativ satışların təşkil olunması

Biznes Proseslərinin İdarə Olunması

  • Onlayn satış komandası üçün strukturlaşdırılmış və səmərəli proseslər qurmaq
  • Müştəriyə toxunan bütün proseslərin qurulması və müştəriyönümlü yanaşmanın komandada tətbiq olunması
  • Fərdi qravirovka (oyma) sifarişlərinin idarə olunması
  • Gündəlik kassir hesabatları və pul yığımlarının nəzarətdə saxlanılması
  • Çatdırılma və təhvil-təslim proseslərinin düzgün və vaxtında idarə olunması
  • Onlayn satış skriptlərinin keyfiyyətinə nəzarət və müştəri şikayətlərinin operativ idarə olunması

Müştəri Araşdırmaları

  • Müştəri ehtiyaclarını öyrənmək və təcrübəni inkişaf etdirmək məqsədilə sorğuların hazırlanması və nəticələrin təhlili

Marketinq və Analitika

  • Vizual kontentlərin hazırlanmasının koordinasiyası
  • Bloggerlər və partnyorlarla əməkdaşlıqların təşkili
  • Video reklamların hazırlanmasının koordinasiyası
  • Instagram, YouTube və Google Analytics üzərindən performansın ölçülməsi və optimallaşdırılması

Komanda və Ofis İdarə Olunması

  • Onlayn satış komandasının gündəlik fəaliyyətinin təşkil olunması
  • Komanda üzvlərinin inkişafını dəstəkləmək, performansı izləmək və motivasiyanı artırmaq
  • Ofis daxilində nizamlı və məhsuldar iş mühitinin təmin olunması

Tələblər:

  • Yüksək təşkilatçılıq və liderlik bacarığı, işə qarşı məsuliyyətli yanaşma
  • Ali təhsil (biznes, marketinq, e-ticarət və ya əlaqəli sahədə)
  • Onlayn satış, rəqəmsal marketinq və ya komandaların idarə olunması sahəsində iş təcrübəsi
  • Satış və müştəri təcrübəsi üzrə strateji yanaşma və analitik düşüncə
  • Rəqəmsal alətlərlə işləmək bacarığı (Instagram, Meta Business Suite, Google Analytics və s.)

Müraciət Qaydası:

CV və qısa motivasiya məktubunuzu Jumlacorporate@outlook.com ünvanına göndərin. Mövzu hissəsində “Menecer Müraciəti” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox