Namizədə tələblər
- Poliqrafiya sahəsində iş təcrübəsi olmalı
- CorelDRAW və Adobe Photoshop proqramlarını əla səviyyədə bilməli
- Poliqrafiya və reklam üzrə texniki məlumatlara malik olmalı
- Çap avadanlıqlarının iş prinsipindən məlumatlı olmalı
- Ofset çaplarında dizayn işlərinin rəngayırma prosesinə hazırlanmasını bacarmalı
- Müvafiq xüsusi məhsullar üçün klişə(qəlib) və bıçaq hazırlanmasını bacarmalı
- Qeyd: Şəkilli "CV"-nizi mövzu yerinə "Mətbəə dizayneri" yazaraq elektron poçt ünvanına göndərməyiniz tələb olunur.
İş barədə məlumat
- Şirkət poliqrafiya, promo və reklam məhsullarının hazırlanması sahəsində fəaliyyət göstərir
- Poliqrafiya, promo və reklam məhsullarının dizayn edilməsi
- Loqo, korporativ stilin yığılması
- Şirkətdaxili lazımi dizaynların hazırlanması
- Müvafiq məhsulların istehsal prosesinə tam şəkildə hazırlanıb göndərilməsi
- İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir
- İş qrafiki: həftənin 6 günü, saat 09:00-dan 18:00-adək (Bazar günü qeyri-iş günü)
- Nahar fasiləsi: 13:00-dan 14:00-adək
- Ünvan: Bakı ş., Hüseynbala Əliyev 19A (Memar Əcəmi m/st. yaxınlığı)
Qeyd: Distant iş mümkündür əmək haqqı 400 Azn aralığında təşkil edəcəkdir