Bakı
Proqramlaşdırma
2000 - 2500 AZN
Tam-ştat
31 yanvar 2023
02 mart 2023
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Nazirlik Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
⦁ Müəyyən olunmuş standartlar və texniki tələblər çərçivəsində proqram təminatının hazırlanması
⦁ Hazırlanacaq informasiya sistemlərinin texniki layihələndirilməsində iştirak
SAHƏ ÜZRƏ TƏLƏBLƏR:
⦁ .NET Core
⦁ MVC
⦁ Web API (REST, SOAP)
⦁ PostgreSQL, MSSQL
⦁ Redis
⦁ Git
⦁ Jira
⦁ Docker
⦁ CI/CD
⦁ Agile Software Development
TƏLƏBLƏR:
⦁ 3+ il iş təcrübəsi
⦁ Ali təhsil
⦁ İngilis dili (Texniki səviyyədə)
⦁ Açıq kommunikasiya bacarığı
⦁ Texniki sənədlərlə iş təcrübəsi
QEYDLƏR:
İş yeri: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binası
(Bakı şəh., K. Kazımzadə küç., 100A. AZ1073)
İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00-18:00
(13:00-14:00 nahar fasiləsi)
⦁ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilmiş əmək müqaviləsi bağlanır.
⦁ İşə qəbul edilmiş əməkdaşlar lazimi texniki avadanlıq və proqram təminatı lisenziyası ilə təmin edilir.
Müraciət etmək istəyən şəxslər iş təcrübələri və icrasında iştirak etdiyi layihələr barədə detallı məlumatı özündə əks etdirən CV-lərini «Middle back-end developer» başlığı ilə ikt@eco.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.