Vəzifənin rolu:
Bu vəzifənin rolu e-ticarət layihələrinin texniki planlaşdırılmasında, hazırlanmasında, sınaqdan keçirilməsində və idarə olunmasında iştirak etməkdir.
Vəzifə öhdəlikləri:
- Proqram təminatının inkişafı üzrə təcrübələrindən istifadə edərək effektiv, sınaqdan keçirilə bilən, və düzgün qurulmuş kod yazır
- Standart HTML5/CSS təcrübələrindən istifadə etməklə veb-saytların strukturunu və tərtibatını/istifadəçi interfeysini yaradır
- Səmərəliliyi və UX standart təcrübələrini maksimuma çatdırmaq üçün veb səhifələri optimallaşdırır, eyni zamanda bütün veb səhifələrdə brend uyğunluğunu qoruyur
- Veb saytların idarəolunması, genişləndirilməsi və miqyasının artırılmasına cavabdeh olur
- Ümumi xətaları aradan qaldırır və bütün veb-saytlara texniki dəstək göstərir
Namizədə tələblər:Əsas tələblər:
Təhsil:
- Ali təhsil (Kompüter elmləri üzrə arzuolunandır)
Təcrübə:
- Veb layihələrin texniki tərtibatında 3+ illik təcrübə
- E-ticarət layihələrində təcrübə
Professional biliklər:
- NodeJs ilə REST API-lərini inkişaf etdirmək təcrübəsi
- React.js üzrə biliklər
- JavaScript, HTML, CSS üzrə təcrübə
- Redux, Hooks, React Router və s. üzrə təcrübə
- SQL verilənlər bazası (Postgres, MySQL) ilə təcrübə
- NoSQL verilənlər bazası (MongoDB) ilə təcrübə
- Webpack/Babel/Eslint ilə təcrübə
- Linux əmrləri ilə təcrübə
- Git ilə işləmək bacarığı
- Digər tərtibatçıların kodunu oxumaq və nəzərdən keçirmək təcrübəsi
Professional bacarıq və kompetensiyalar:
- Problem həll etmə
- Analitik bacarıqlar
- Yaradıcılıq
- Güclü təşkilatçılıq bacarığı
- Zamanın idarə olunması
- Layihənin idarə olunması