Şəki
Kredit mütəxəssisi
Razılaşma ilə
Tam-ştat
Ali
10 mart 2021
09 aprel 2021
Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:
• Kürdəmir
• Ağdaş
• Şəmkir
• Göyçay
• Şamaxı
• Zaqatala
• Şəki
• Tovuz
• Mingəçevir
Görəcəyiniz işlər:
• Bankın mikro kreditlər seqmentinə aid müştəri portfelinin idarə edilməsini və bu seqmentə aid bütün növ bank məhsullarının satışını təşkil etmək;
• Mikroseqmentə aid müştərilərin müxtəlif marketinq alətləri vasitəsilə cəlbinin təşkili;
• Müştərilərin kredit sifarişlərini qəbul edərək ilkin təhlilin aparılması, müvafiq qərarvermə orqanına təqdim edilməsi üçün aidiyyatı struktur bölmələrlə razılaşdırılması və prosesin sonadək təqib edilməsi işinin təşkili;
• Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin gecikmələrin aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinin təşkili;
• Müştəri portfeli üzrə əməkdaşlıq, müraciət zamanı prosesi təqib etmək və yarana biləcək problemlərin həllinə sonadək dəstəyi təşkil etmək.
Bu iş sizə nələri qazandıracaq:
• Regionun aparıcı bankında zəngin iş təcrübəsi qazanmaq imkanı;
• Müvafiq sahədə özünüzü reallaşdırmaq üçün şərait;
• Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
• Adekvat əmək haqqı.
• Ali təhsili olan (iqtisadi arzuolunandı);
• Azərbaycan dilini səlis bilən;
• Yüksək səviyyədə ünsiyyət qurma bacarığı olan;
• Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri olan;
• Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan şəxsdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Mikro kreditlər üzrə mütəxəssis (region adı)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.