Görəcəyiniz işlər:
- Bankın mikro kreditlər seqmentinə aid ola bilən potensial müştərilərin cəlb olunması, mikro kredit portfelinin idarə edilməsi və bu seqmentə aid bütün növ bank məhsullarının satışını təşkil etmək;
- Müştəri xidmətləri strukturlarından müştərilərin kredit sifarişlərini qəbul edərək ilkin təhlilin aparılması, müvafiq qərar vermə orqanına təqdim edilməsi üçün aidiyyatı struktur bölmələrlə razılaşdırılması və prosesin sonadək təqib edilməsi işini təşkil etmək;
- Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin gecikmələrin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirmək;
- Müştəri biznes obyektlərinə ziyarətlər keçirmək və monitorinqləri aparmaq;
- Müvafiq hesabatlar hazırlamaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Mikro kreditləşmə sahəsi üzrə minimum 1 il iş təcrübəsinə;
- Ofis proqramlarında (Word, Excel) sərbəst işləməyə;
- Hesabatlarla işləmə bacarığına;
- Yaxşı səviyyədə ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqlarına sahib olan şəxsdir.