Mikro və İstehlak Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Kiçik Mütəxəssisi

Mikro və İstehlak Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Kiçik Mütəxəssisi

AccessBank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Kredit mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    04 noyabr 2024

  • Bitmə tarixi

    09 dekabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Kredit mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

  • Şəxsi portfel üzrə məqsədlərin yerinə yetirilməsi;
  • Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında borclularla danışıqlar aparmaq;
  • Borcluların axtarışına və onlarla əlaqələrin yaradılmasına yönəldilmiş tədbirlərdə iştirak etmək;
  • Mövcud borcların tənzimlənməsi məsələləri ilə əlaqədar borclulara məsləhətlər vermək;
  • Ödənilməmiş borcların alınması məsələləri ilə əlaqədar təşkilatın mənafeyini məhkəmə instansiyalarında təmsil etmək;
  • Məhkəmə icraçıları, dövlət və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək;
  • Təmsilçillik funksiyalarını yerinə yetirmək, Bankda keçirilən iclaslarda və müşavirələrdə iştirak etmək;
  • Verilmiş etibarnaməyə müvafiq surətdə öz səlahiyyətləri çərçivəsində Bankın adından müqavilə bağlamaq;
  • Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları informasiya sisteminə daxil etmək;
  • Bankın fəaliyyəti və müştəriləri haqqında kommersiya sirrinin məxfi saxlanmasını təmin etmək, qüvvədə olan qanunvericiliyi düzgün tətbiq etmək və təyin olunmuş qaydada kargüzarlıq aparmaq;
  • Mövcud iş formalarının və üsullarının təkmilləşdirilməsi və yenilərinin tətbiq edilməsi ilə əlaqədar təklifləri;
  • Mikro və İstehlak Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş Mütəxəssisinə təqdim etmək;
  • Mikro və İstehlak Kreditlərinin Restrukturizasiyası və Bərpası Şöbəsinin Baş Mütəxəssisi və Meneceri tərəfindən verilən bütün tapşırıqları icra etmək.

 

Tələblər:

  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və departament direktorları tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası
  • İşlərin prosedur və təlimatlara uyğun görülməsi.
  • Şirkətə aid məlumatların məxfiliyinin qorunması; Parolların gizli saxlanılması.
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması.
  • Mövcud sistemlərin təkmilləşdirilməsi.
  • Dil bilikləri arzuolunandır;
  • Komandada işləmə bacarığı;
  • Daima öyrənməyə meyillilik.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox