Mobil proqramçı

Mobil proqramçı

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Proqramlaşdırma

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    23 oktyabr 2020

  • Bitmə tarixi

    22 noyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Mobil tətbiq üzrə proqramçı vakansiyaları üçün bura keçid edin!

PASHA Bank Mobil proqramçı vakansiyasını elan edir.

Vəzifənin məqsədi:

Məhsul yaradılmasına tövhə vermək, öz kod və qərarları ilə həll hazırlamaq, biznes dəyərlərini çatdırmaq üçün Mobil mühəndislik praktikasını gücləndirmək.

Vəzifə Öhdəliyi:

- Təşkilata dəyər qatan Android/iOS platformaları üçün yüksək keyfiyyətli proqram təminatlarını dizayn etmək və hazırlamaq
- Tələb olunan proqram təminatının visual elementlərini hazırlamaq üçün UI/UX dizayn çərçivələrini kodlara çevirmək
- Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerləri ilə çalışmaq, hər iki tərəfin işlərində aktiv iştirak etmək və proqram təminatının necə görsəndiyini və işlədiyini müəyyən etmək
- Etibarlılıq, istifadəyə uyğun, kənar vəziyyət daxil olmaqla Unit-test kod tamamlamaq və üçüncü tərəfin məlumat mənbələr və APİ ilə çalışmaq
- Dəqiqlik və funksionallıq üçün kodu nəzərdən keçirmək
- İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllər hazırlamaq
- Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək
- Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri daxil mühəndislik işlərini təmin etmək.



Namizədə tələblər:

• Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi
• İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 3 il təcrübə
• Lisenziya/Sertifikat: N/A
• Xarici dil: İngilis(yaxşı)
• Komputer bilikləri: android və/və ya iOS yaratmada yüksək bilik, Java və ya Objective C, Kotlin, Flutter, Restful APIs, SOAP daxil infrastruktur biliyi, verilənlər strukturu və alqoritm biliyi
• Məhsul biliyi: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi, SVN və ya GIT
• Bazar biliyi: N/A
• Digər: Yaxşı idarəçilik, ünsiyyət və hesabat biliyi. Bankçılıq təcrübəsinə üstünlük verilir. Üstünlük verilir: kodun yenidən işlənməsi, dizayn nümunələri, dizayn yönümlü inkişaf, domain yönümlü dizayn, davamlı yerləşdirmək, yüksək ölçüləbilən proqramlar, proqram təhlükəsizliyi. Cüt proqramlaşdırma üzrə,davamlı inteqrasiya, test üzrə bilik.

Kandidatların kompetensiya, potensial və bacarıqlarına əsasən müəyyən vəzifəyə baxılmaları nəzərdən keçirilmələri dəyişə bilər.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 22.11.2020-ci il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Mobil proqramçı ” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox