Monitorinq üzrə mütəxəssis

Monitorinq üzrə mütəxəssis

AFB Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    04 yanvar 2023

  • Bitmə tarixi

    03 fevral 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Monitorinq üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!
  • Strateji inkişaf planını əsas götürməklə, biznes kredit bazarını, müştəri istəklərini, filialların biznes kreditləşmə üzrə istəklərini, daxili kreditləşmə proseslərini mütəmadi olaraq təhlil edir;
  • Kommersiya  strukturuna kredit siyasəti və qaydaları, biznes kreditlərin şərtləri və kreditləşmə prosesləri, habelə yeni biznes kredit məhsulları yaradılması və mövcud olanların təkmilləşdirilməsi barədə təkliflər hazırlayıb təqdim edir;
  • Biznes, mikro və istehlak üzrə kreditlərin qiymətləndirilməsini həyata keçirir, rəy verir və limiti daxilində kreditin verilməsi üzrə qərar qəbul edir;
  • Kredit reytinq və skorinq sistemlərinin yaradılmasında iştirak edir, onların tətbiqi üzrə filialların kredit əməkdaşlarını və digər aidiyyəti işçiləri təlimatlandırır və onlara əməli köməklik edir;
  • Girov əmlakları bazarını daima araşdırır;
  • Bankın müştərilərinin akkreditivlər və qarantiyalar üzrə sifarişlərini qiymətləndirir, rəy verir və limiti daxilində qərar qəbul edir;
  • Ehtiyac olduqda müştəri xidməti strukturlarına və onların müştərilərinə sənədli əməliyyatlar üzrə  məsləhət verir;
  • Bankın müştəri xidməti strukturlarından daxil olmuş kredit sifarişlərinin vaxtında və yüksək dəqiqliklə ekspertizası üçün  məsuliyyət daşıyır.
Namizədə tələblər:
  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika, və ya Biznesin idarə edilməsi üzrə ali təhsil;
  • SME və Korporativ müştərilərin kreditləşməsi sahəsində dərin nəzəri və praktiki biliklər;
  • Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə dərin biliklər;
  • Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər;
  • Analitik düşüncə qabiliyyəti və detallara qarşı diqqətli olabilmə;
  • İri kreditlərin qiymətləndirilməsini və monitorinqini bilmək;
  • Kredit reytinq və skorinq sistemlərinin qurulmasını bilmək

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox