Motion Dizayner / Video editor

Motion Dizayner / Video editor

Limak MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Animasiya dizaynı

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    25 dekabr 2023

  • Bitmə tarixi

    24 yanvar 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Motion dizayner vakansiyaları üçün bura keçid edin!
  • Şirkətin və onun daxilindəki digər şirkətlərin kommunikasiya fəaliyyəti üçün vizual konsepsiyanın yaradılmasında iştirak 
  • Şirkətin verilmiş təlimatlar, göstərişlər və məlumat əsasında, hərəkətli dizayn (motion və video montaj) işlərini tələb olunan vaxtda və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmək
  • Sosial Media, Google display banner reklamları və sayt üçün  üçün kreativ və yüksək keyfiyyətli video məzmunların hazırlanması 
  • 2D qrafika /animasiya və hərəkətli qrafik kompozisiyaların hazırlanması, həmçinin video edit və montaj işlərinin həyata keçirilməsi
  • Kampaniyalar, sosial media paylaşımlarının və digər məzmunların hərəkətli vizuala salınması
  • Hərəkət qrafikinin köməyi ilə, xüsusi məlumatları və mücərrəd fikirlərin vizuallaşdırılması

Namizədə dair tələblər

  • Bu sahədə minimum 1 illik iş təcrübəsi;
  • Təhsil: Ali
  • Adobe Premier Pro, Adobe After Effects, Adobe Photoshop, Adobe İllustrator proqramlarında işləmək bacarığı
  • Kreativ portfolioya malik olmaq
  • Komanda rəhbəri ilə mütəmadi olaraq koordinasiya etmək və irəliləyiş haqqında yenilikləri təqdim etmək;
  • Kompüter bilikləri : MS Programları, Google  və Task Management alətlərindən istifadə etmə bacarığı
  • İşi effektiv qurmaq və son tarixlərə riayət etmək;
  • Çətin situasiyalarda tez bir zamanda həll yolları tapmaq;
  • Layihələr və tələblərdəki dəyişikliklərə sürətlə uyğunlaşmaq;
  • Davamlı olaraq inkişaf və təkmilləşməyə çalışmaq;
  • Yekun məhsulun yüksək səviyyədə təhvilinə önəm vermək;
  • Punktual və kreativ. Müasir Aİ texnologiyalarından istifadə edə bilən
  • İşinə qarşı olduqca diqqətli və məsuliyyətli olması;
  • Kollektivә vә iş mühitinә uyğunlaşa bilәn
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;

İş vaxtı: 5 gün, 9:00-dan - 18:00-dək, 6-cı gün yarı iş günü (saat 15:00-dək)

Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini və portfoliosunu e-mailin mövzu hissəsində “Motion Designer və Video editor (montajyor)” sözlərini qeyd edərək göndərsinlər.

Xahiş olunur yalnız yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər müraciət etsin.

Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsinə və bizim üçün uyğun olan meyarlara əsasən dəyərləndirilib müəyyən olunacaq. Həmçinin namizədin dəyərləndirilməsi üçün ona müəyyən "tasklar" da verilə bilər. 

Elan #852142

  • 14296

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox