• Şəhər

    Bakı

  • Kateqoriya

    Mühasibat

  • Maaş

    600 - 1000 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    17 iyul 2023

  • Bitmə tarixi

    16 avqust 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Mühasib vakansiyaları üçün bura keçid edin!

Regency Consulting and Tax Solutions MMC

Bizim namizəd müxtəlif sahələrdə fəaliyyət göstərən və fərqli vergi ödəyicilərinə eyni zamanda xidmət göstərəcək. Lakin iş həcmimiz yüksək olmasına baxmayaraq mülayim, pozitiv və peşakar komandada çalışmaq bizə zövq edir. Cəmiyyətimizin strukturu genişləndikcə potensial kadrlar karyera, əmək haqqı və peşakar təcrübə qazanmaqda imkan əldə edirlər. Belə ki, mühasibatlıq sahəsində möhkəm bilik qazanmaq və inkifaş etmək istəyən namizədləri bizim komandaya dəvət edirik.

İş barədə məlumat:

  • Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması
  • Elektron qaimə fakturaların hazırlanması və göndərilməsi
  • Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq
  • Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi
  • Bank əməliyyatlarının həyata keçirilməsi
  • Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların tərtib olunmasında iştirak etmək
  • İşgüzar yazışmaların aparılması
  • Şirkət rəhbərliyinə müvafiq maliyyə hesabatlarının hazırlanması
  • Mal-material uçotunun aparılması
  • Əmək haqqı hesablaması və ödənişləri
  • AR Əmək Məcəlləsi və Vergi Məcəlləsi ilə işləmək

İş şəraiti:

  • Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00
  • Korporativ mobil nömrə.
Namizədə tələblər:

Namizəd üçün tələblər:

  • Mühasib vəzifəsində 2-3 ilədək iş ştajı,
  • Ali təhsil
  • Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edəcək
  • Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi
  • Yaş həddi 25 - 35 aralığında
  • Azərbaycan və rus dillərində səlis danışıq və yazışma bacarığı vacibdir
  • Məsuliyyətli, öyrənməyə cəhd edən, ünsiyyətcil, pozitiv, cəld, operativ olan və komanda ilə işləmə bacarığı

Namizədlərdən “cv”-lərini info@rcts.az elektron poçt ünvanına mövzu yerində "Mühasib" başlığı yazmaqla göndərmələri xahiş olunur.

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!

Elan #850226

  • 3700

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox