Mühasib

Prosper LLC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühasibat

  • Maaş

    600 - 800 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    06 aprel 2024

  • Bitmə tarixi

    16 may 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Mühasib vakansiyaları üçün bura keçid edin!

Vakansiya: Mühasib 

İdeal namizəd müvafiq qanunvericilik haqqında məlumatlı olmalı, müxtəlif elektron portallardan istifadə etmək bacarığına sahib olmalı və ən azı bir illik müvafiq iş təcrübəsinə malik olmalıdır. 1C/8.3 mühasibat proqramında mükəmməl biliyə və MS Office proqramlarına, xüsusilə Excelə, yüksək səviyyədə biliyə malik olmalıdırlar. Namizədlərdən analitik düşüncə qabiliyyəti, diqqətlilik, məsuliyyət, etibarlılıq və etik iş prinsiplərinə sahib olmaları gözlənilir.

Vəzifənin öhdəlikləri arasında mühasibat və vergi hesabatlarının tərtib edilməsi, elektron qaimələrin hazırlanması və təsdiqlənməsi, vergi orqanları ilə elektron yazışmaların aparılması, bank və kassa əməliyyatlarının icrası, maaş hesablanması, debitor və kreditor borclarının uçotu daxildir.

Əmək müqaviləsi ilə rəsmiləşdirmə;
Maaş: 600-800 ₼ NET;
İş qrafiki: 5 gün, 8 saat;

Namizədə tələblər:

  • Ali təhsil: (mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə);
  • Yaş: 22-40 yaş
  • Dil bilikləri: azərbaycan dili – mükəmməl (rus dili orta səviyyədə bilmək üstünlükdür);
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta haqqında qanun, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və s. digər qanunvericilik aktlarının əlaqəli maddələri haqqında məlumatlı olmaq;
  • Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes, e-customs və s.);
  • Mühasibatlıq sahəsində azı 1 illik iş təcrübəsi;
  • Mühasibat 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Mühasibat və vergi uçotu üzrə ilkin sənədləşmələrin (kassa mədaxil və məxaric orderlərinin, təhvil-təslim aktlarının, alğı-satqı və borc müqavilələrinin, razılaşma protokollarının, ödəniş tapşırıqlarının, üzləşmə aktlarının yazılması) təşkili;
  • Gündəlik e-qaimələrin (satış, qaytarma) yazılması və gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi;
  • Online kargüzarlıq vasitəsi ilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması;
  • Bank (malsatanlara, büdcə təşkilatlarına, işçilərə əməkhaqqı ödənişləri), ƏDV DH ödəniş, kassa (gündəlik kassa satışları üzrə mədaxil və məxaric orderlərinin tərtibatı) əməliyyatları;
  • Göndərilən elektron poçt məktubun başlığında əlavə olaraq detallara diqqətli sözlərini qeyd edin;
  • Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etmək;
  • Debitor və kreditor borclarının, alınmış və verilmiş avansların gündəlik uçotu;

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!

Elan #853164

  • 8809

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox