“Azertexnolayn” MMC-nin Polad Boru Zavoduna “Mühasib” vakansiyası üzrə əməkdaş axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- E-Qaimələrin aiddiyatı üzrə proqrama işlənilməsi. Xarici mal alışları gömrük bəyannamələri ilə bağlı əməliyyatlar programa işlənilməsi, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
- Şirkət daxili zavodlar, təhtəlhesablar və digər ölkə daxili tədarükçü şirkətlərlə hesabların üzləşmə edilməsi.
- E-portal proqramı ilə işləmək bacarığının olması
- Aylıq Xidmət alışları.
- Cari və təhtəlhesabların qalıqlarını yoxlanması, bu hesablar üzrə əməliyyatları icra edilməsi
- Köçürülən bank əməliyyatlarının sistemə tanıdılması.
- Xidmətlər və material sərfiyyatlarına birbaşa və dolayı xərclərə görə ayırd edilməsi.
Seçim meyarları:
- İş təcrübəsi: 1 il
- Təhsili/ixtisası: Ali iqtisadi təhsil
- Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
- Bacarıqlar: Excell , Logo bilməsi əlavə üstünlükdür
- Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)
İş şərtləri:
- Struktur: Polad Boru Zavodu / Maliyyə şöbəsi
- İş rejimi: 09:00 – 18:00, 5 günlük
- İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1
- Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.