Bakı
Mühasibat
Razılaşma ilə
Təcrübəçi
Ali
23 fevral 2021
25 mart 2021
Antaris şirkəti 2004-cü ildə tərəfindən qurulmuşdur. Şirkət on yeddi illik fəaliyyəti müddətincə öz biznes istiqamətlərini artırmışdır, və artıq Korporativ və Topdan qolları ilə öz müştərilərinin tələbatlarını “Keyfiyyət hər gün” devizi altında yerinə yetirir.
Təcrübə Proqramı sizə mühasibatlıq şöbəsində praktik iş təklif edir. Təşkilatın proqramlarını və əsas işlərini başa düşməyinizə kömək etməklə yanaşı, gələcək karyeranıza hazırlaşmanıza kömək edəcək iş tapşırıqları ilə akademik məlumatlarınızı artırır.
TƏCRÜBƏ DÖVRÜ ƏRZİNDƏ TƏCRÜBƏÇİDƏN TƏLƏB OLUNANLAR:
• Maliyyə-mühasibat sənədlərinin qorunub saxlanmasını kömək etmək.
• Daxili nəzarət prosedurlarını aydın və dəqiq şəkildə sənədləşdirmərk;
• Daxili və xarici audit prosesinə dəstək vermək
• Maliyyə-mühasibatlıq hesabatlarının və təqdimatlarının hazırlanmasında dəstək olmaq;
• Dövri maliyyə və digər hesabatları hazırlanmasında dəstək vermək.
• Debitor və kreditorlarla aparılan əməliyyatların uçotunu aparmaq və onlarla hesablaşmalara nəzarət etmək.
• Rəsmi orqanların təyin etdiyi forma və müddətdə müəssisə, idarə və təşkilatların statistik hesabatlarının tərtib olunması işini yerinə yetirir.
İş barədə məlumat:
• İş saatları: bazar ertəsi - cümə (09:00-18:00);
• Təcrübə müddəti 3 ay davam edəcək;
• Ünvan: Əhməd Rəcəbli 46B
• İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu və audit sahəsində təhsil almış məzunlar və ya magistratura pilləsinin tələbələri
• MS Office proqramlarında işləmə bacarığı;
• Analitik düşüncə və təhlil bacarığı;
• Peşəsinə yüksək motivasiya ilə yanaşma;
• Fərdi və komanda da işləmə bacarığı;
• Səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti;
• Ünsiyyət qurma və səlis danışıq qabilliyyəti;
• Rus və ingilis dili arzuolunandır.
Maraqlanan şəxslərdən "Mühasib təcrübəçi" başlığı altında CV-lərini və motivasiya məktubunu cv@antaris.az elektron ünvanına göndərməsi xahiş olunur.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.