Diqqət! Bu elanın vaxtı bitib. Mühasib/Xərclər üzrə nəzarətçi vakansiyaları üçün bura daxil olun.
Elan № 5334
Mühasib/Xərclər üzrə nəzarətçi vakansiyaları
Mühasib/Xərclər üzrə nəzarətçi vakansiyaları
23 Mart 2021
Elan tarixi
22 Aprel 2021
Bitmə tarixi
2105
Baxılıb
İş məlumatları
İş barədə məlumat
“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Mühasib/Xərclər üzrə nəzarətçi” vəzifəsinə vakansiya elan edir.
Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu,
Əmək haqqı:Namizədlə keçirilən müsahibənin nəticələrinə uyğun olaraq müəyyən ediləcəkdir.
İş şəraiti
• 6 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
• Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
• Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
• Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
• Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
• E-qaimə, EVHF kəsmək bacarığı, BTP proqramında aylıq, rüblük, illik hesabatları sərbəst şəkildə tərtib edib aidiyyatı üzrə göndərmək, DSMF və statistika hesabatlarını tərtib edib aidiyyatı üzrə göndərmək;
• Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək;
• Anbardan mal çıxışına nəzarət etmək və sənədləşdirmək;
• Anbarda məhsulların saxlanmasına cavabdehlik və nəzarət etmək;
• Anbar sayımı və stok nəzarətini həyata keçirmək;
• Daxili büdcəyə nəzarət etmək;
• Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına düzgün əks etdirilməsinə, qanunla qəbul olunmuş bütün vergi və öhdəliklərin düzgün hesablanmasına, ödənilməsinə, dövlət hesabatlarının qanunla müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini həyata keçirmək;
• Mühasibatlığın ilkin sənədlərinin tərtibi və yoxlanılması həyata keçirmək;
• Gün sonunda müəssisənin satış kassasını təhvil almaq;
• Satış proqramında menu və qiymət dəyişikliklərini əlavə etmək;
• Gündəlik sifarişlərin satış menusuna uyğun olub-olmamasını yoxlamaq;
Namizədin şəxsi keyfiyyətləri:
• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.
NamİZƏDƏ TƏLƏBLƏR
• Ali təhsilli (iqtisadiyyat üzrə);
• Azərbaycan, rus və ingilis dillərini bilməli;
• Restoran sahəsində 1-3 il iş təcrübəsi olmalı;
• Yeməklərin kalkulyasiyası barədə məlumatı olmalı;
• R-keeper, İİKO proqramları, MS Office ( Excell-yüksək səviyyədə) proqramlarında işləməyi bilməli;
• Yaş həddi 25-45;
• Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
• Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
• Vergi, əmək qanunvericiliklərini bilməli;
• Satış və anbarın idarə olunmasını bilməli;
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Mühasib/Xərclər üzrə nəzarətçi” mövzu bölməsində göstərin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
OXŞar vakansİYALAR

Mühasib Operator
ABV

Aparıcı Mühasib
"MY GROUP HOLDİNG" MMC

Mal material üzrə mühasib
Kontakt Home

Mühasibatlıq üzrə mütəxəssis
PASHA Property Management

Baş mühasib
Liman Hospital

Aparıcı Mühasib
Paychı Group MMC

Mühasibatlıq üzrə təcrübəçi
Unibank ASC
Kiçik mühasib
"Chicken Pro." MMC

1C operator
Emko Technologies MMC
Mühasib
"Private Facility Management" MMC

Mühasib - Operator
ABV
Mühasib
Business Partners Consulting

Accountant
Afea Group

Mühasib köməkçisi
Emsan

Accounting Specialist
PASHA Malls
Mühasib
ELİTE TAX MASTER MMC
Elan № 5334
Mühasib/Xərclər üzrə nəzarətçi vakansiyaları
Mühasib/Xərclər üzrə nəzarətçi vakansiyaları
23 Mart 2021
Elan tarixi
22 Aprel 2021
Bitmə tarixi
2105
Baxılıb