Diqqət! Bu elanın vaxtı bitib. Mühasibatlıq üzrə Mütəxəssis vakansiyaları üçün bura daxil olun.
Elan № 6208
Mühasibatlıq üzrə Mütəxəssis vakansiyaları
Mühasibatlıq üzrə Mütəxəssis vakansiyaları
26 İyul 2021
Elan tarixi
25 Avqust 2021
Bitmə tarixi
1726
Baxılıb
İş məlumatları
İş barədə məlumat
Vəzifənin adı: Mühasibatlıq üzrə Mütəxəssis
Vəzifənin məqsədi: Şirkətin prosedurlarına müvafiq olaraq mədaxil və məxaric fakturalarının mühasibatlıq sənədlərinə qeydə alınması və yoxlanılması, habelə əlaqəli əməliyyatların yerinə yetirilməsi. Bank əməliyyatlarının SAP sistemlərində qeydə alınması və yoxlanılması. İlkin sığorta prosesinə (təchizat, yoxlama, qeydiyyat, nəzarət) görə cavabdehlik. Mühasibatlıq strukturları (uçot və hesabatvermə) və əlaqəli sistemlərin SAP sistemləri və elektron formalar kimi güclü mühasibatlıq strukturları çərçivəsində yaradılmasının təmin və inkişaf etdirilməsi. Hesabat dövrünün keyfiyyətlə bağlanılmasını təmin etmək. Digər departament və şöbələrə maliyyə məsələlərində yardım etmək. Şirkətin aktivlərinin yoxlanılması və qeydiyyata alınması, habelə amortizasiya hesabının hazırlanması. Əməliyyat sistemində (əsas əməliyyat sistemi və gələcəkdə sistem deyişilirsə yeni sistemdə) agentlərin maliyyə durumuna nəzarət etmək. Gündəlik bank inkassolarının alınması, bonus (mükafat) ödənişlərinin və əlaqəli proseslərin həyata keçirilməsi. Agentlər və oyunçuların maliyyə problemlərinin həll etmək. Şirkət və bank arasında yığımlar ödənilməsindən irəli gələn problemləri həll etmək. Agentlərin hesabları ilə bağlı pul köçürmələri etmək.
Hesabat verir: Mühasibatlıq üzrə baş menecerə
Əsas vəzifə öhdəlikləri:
• Şirkətin prosedurlarına müvafiq olaraq fakturalarının mühasibatlıq sənədlərinə daxil edilməsi;
• Mədaxil hesablamaları ilə bağlı mühasibatlıq işi və yığımlara dair qeydlərin hazırlanması;
• Şirkətin aktivləri ilə bağlı mühasibatlıq qeydlərinin daxil edilməsi;
• Əsas Vəsaitlər və qeyri maddi aktivlər hesablamalarına dair sənədlərin hazırlanması və SAP aparılması;
• Satıcı şirkətlər və işçilər üçün ödəniş (maaş) cədvəlləri hazırlamaq;
• Mühasibatlıq əməliyyatları, kapitalın hərəkəti ilə bağlı işləri yerinə yetirmək;
• Ümumi xərcləri təyinatı üzrə ayırmaq;
• Bütün əməliyyatları şirkətin polislərinə müvafiq olaraq yerinə yetirmək;
• Təchizatçı və işçilər, eləcə də agent hesablarını tutuşdurub yoxlamaq;
• Mühasibatlıq sistemlərinin inkişafını təmin etmək (SAP və jurnal üzrə formalar);
• SAP proqramında mühasibatlıq hesabatlarını hazırlamaq;
• Nağd pul və bank köçürmələri ilə bağlı mühasibatlıq qeydlərinin aparılması;
• Bank hesablarını bank bəyanatları ilə tutuşdurub yoxlamaq;
• Nağd pul hesabını nağd pul vəsaitləri ilə müqayisəli yoxlamaq;
• İşçilərin xərclərinin qeydiyyata alınması və yoxlanılması;
• Əməliyyat sistemində (əsas əməliyyat sistemi və gələcəkdə sistem deyişilirsə yeni sistemdə)agentlərin maliyyə durumuna nəzarət etmək;
• Müqayisəli yoxlamalar aparmaq və agentlərə hesab-fakturalar təqdim etmək;
• Gündəlik bank inkassolarının alınması, bonus (mükafat) ödənişlərini və əlaqədar prosesləri həyata keçirmək;
• Agentlər və oyunçuların maliyyə problemlərinin həll etmək;
• Şirkət və bank arasında yığımlar ödənilməsindən irəli gələn problemləri həll etmək;
• Agentlərin hesabları ilə bağlı pul köçürmələri etmək.
• Satıcılar və müştərilər ilə üzləşmələri hazırlamaq.
• Bütün sənədlərin mühasibatlıq və yerli qanunericiliyinə görə hazırlayıb arxivləşdirmək.
• Digər mühasibatlıq işlərin aparılması.
Ümumi öhdəliklər:
• Tədqiqatlar, biznesin təkmilləşdirilməsi, şirkətin tədbirləri və s. fəaliyyətlərdə iştirak kimi çoxfunksiyalı tapşırıqları icra etmək
• Şirkətin qayda və normalarına müvafiq olaraq fəaliyyət göstərmək.
Əsas əməliyyatlar:
• Hesab-fakturaların SAP sistemlərində qeydiyyata alınması
• Nağd pul / bank əməliyyatları
• Sığorta əməliyyatları
• Hesabat dövrünün aylıq bağlanılması
• Ödəniş (maaş) cədvəlinin hazırlanması
• İşçilərin xərclərinin tənzimlənməsi
• Maddi inventarların hesablanması
• Bank əməliyyatlarının qeydiyyatı və yoxlanılması
• Bütün yığım proseslərinin həyata keçirilməsi
NamİZƏDƏ TƏLƏBLƏR
İcra göstəricilərinin ölçülməsi:
• Yerli qanunvericilik tərəfindən mühasibatlıq işinə dair müəyyən edilmiş qaydalara və şirkətin prosedurlarına müvafiq olaraq bütün mühasibatlıq hesablarına nəzarət və qeydiyyat düzgün aparılması;
• Aylıq hesabat dövrünün səliqə ilə və vaxtlı-vaxtında bağlanılmasını təmin etmək;
• Ödəniş cədvəllərinin satıcı şirkətlərin hesab-fakturaları və sazişlərinə müvafiq olaraq səliqə ilə və vaxtlı-vaxtında hazırlanması;
• Sığorta polisinin səliqə ilə və vaxtlı-vaxtında təmin edilməsi;
• SAP sistemlərinin (o cümlədən SAP proqramında aparılan bütün mühasibatlıq işlərinin) inkişaf etdirilməsi;
• Ödənişlərin yığılması prosesinin lazımı qaydada həyata keçirilməsi.
Sizə maraqlıdırsa CV-nizi “Mühasibatlıq üzrə Mütəxəssis” mövzusu ilə hr@azerlotereya.com ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
OXŞar vakansİYALAR
Aparıcı Mühasib
Best Brands Group
Mühasib köməkçisi
Baby Safety
Ведущий Бухгалтер по Налогам
Restaurants by Emin Agalarov
Aparıcı Mühasib
"Private Facility Management" MMC
Mühasib
"Private Facility Management" MMC
Ведущий Бухгалтер по Налогам
Restaurants by Emin Agalarov
1C operator - Olivia (beauty and care)
Kontakt Home
Baş mühasib
Global Trading
Mühasib köməkçisi
Azerbaijan Business Consulting
Ведущий Бухгалтер по Налогам
Restaurants by Emin Agalarov
Daxili mühasibatlıq şöbəsinin mütəxəssisi /aparıcı mütəxəssisi /baş mütəxəssisi
ABB
Ümumi işlər üzrə mütəxəssis (Kürdəmir filialı)
Unibank ASC
Borcların təhlili üzrə kiçik mütəxəssis (Salyan)
Unibank ASC
Daxili nəzarət departamenti, Bank əməliyyatlarına nəzarət şöbəsi/mütəxəssis/aparıcı mütəxəssis
Express Bank
Satışların təhlili üzrə baş mütəxəssis
Kontakt Home
Mikro biznes müştəriləri üzrə Təcrübəçi / Kiçik mütəxəssis (Zabrat filiallı)
Yelo Bank
Elan № 6208
Mühasibatlıq üzrə Mütəxəssis vakansiyaları
Mühasibatlıq üzrə Mütəxəssis vakansiyaları
26 İyul 2021
Elan tarixi
25 Avqust 2021
Bitmə tarixi
1726
Baxılıb