Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Mühəndis vakansiyaları üçün bura daxil olun.

Elan № 16216

Mühəndis vakansiyaları

Mühəndis vakansiyaları

10 Yanvar

Elan tarixi

19 Fevral

Bitmə tarixi

18828

Baxılıb

İş məlumatları

Sumqayıt

Şəhər

Mühəndis

Vəzifə

1 ildən az

İş stajı

Tam-ştat

İş rejimi

Müxtəlif

Sahə

Mühəndis

Kateqoriya

İş barədə məlumat

AZMADE GROUP-dan universitetdən yeni məzun olan gənc mühəndislərə əla fürsət!

Yeni məzunsunuz və haradan başlayacağınızı bilmirsiz?

AZMADE GROUP ilə “Mühəndislikdə İlk Addım” (#MİA) proqramına qoşularaq 6 aylıq müddətdə yüksək əmək haqqı ilə birdən çox zavodlarda təcrübə keç və ailəmizin bir parçası olma şansını əldə et!

Haqqımızda:
Müxtəlif sektorlarda fərqli təyinatlı layihələri uğurla həyata keçirən “Azmade Group” MMC-nin əsası 2018-ci ildə qoyulmuşdur. Şirkət fəaliyyətə başladığı ildən etibarən öz biznesini effektiv menecment, korporativ idarəetmə və düşünülmüş investisiya qərarları əsasında qurur. Azərbaycanda və digər ölkələrdə etibarlı tərəfdaşları olan “Azmade Group” MMC-nin qarşıya qoyduğu əsas hədəf güclü idarəetmə, müasir texnologiyaların tətbiqi və insan kapitalına yatırımdır. Şirkət fəaliyyət göstərdiyi istiqamətlər üzrə icra etdiyi bütün layihələri əsas və törəmə şirkətlərinin də dəstəyi olmaqla həm ölkə daxilində, həm də ölkə xaricində milli brendlərin güclənməsi və daha çox tanıdılması üzərindən qurmağa üstünlük verir.
Daha ətraflı: azmade.az

Sizə nə təklif edirik?

  • Peşəkar təlim – Bizim mühəndislər tərəfindən sizə ən son mühəndislik bacarıqları öyrədilir.
  • Mentorluq – Proqram boyunca sizə peşəkar mentorlarla çalışma şansı verilir.
  • Layihə əsaslı öyrənmə - Real iş mühitində, real layihələrlə çalışaraq praktiki öyrənmə üçün imkan yaradılır.
  • İş imkanı - Proqram müddətinin sonunda uğurlu namizədləri işlə təmin edirik.

Bu proqram sizə hansı ilkin bacarıqları qazandıracaq?
- Risk analizi
- Resursların səmərəli istifadəsi və onların metodlarını
- Əməliyyatların planlaması, metodları və düzgün ardıcıllıqların təyini
- Layihə mühəndisliyi və metodlarını
- AR-GE Araşdırma-gelişdirmə ( R&D) bacarıqları
- Qərar qəbul etmə bacarığı
- Müxtəlif proqramlama dilləri

Namizədə tələblərimiz:

  • Yerli və Xarici Universitetlərin minimum bakalavr dərəcəsini tamamlamış
  • Universitetə yüksək balla qəbul olmuş və ya yüksək GPA
  • Mexanika, elektrik, elektrik-elektronik, metallurgiya, sənaye, kimya, proseslərin avtomatlaşdırılması, Dizayn mühəndisliyi və digər mühəndislik fakultələrdən məzun olmuş

Seçim mərhələləri haqqında məlumat:

  • CV ilə müraciət
  • İlkin seçim mərhələsi
  • Online dəyərləndirmə
  • Texniki dəyərləndirmə
  • Proqrama qəbul barədə məktub

Proqram dövründə təminatlar:

  • Servis
  • Nahar


Proqrama son müraciət tarixi: 31.01.2024
İş yeri: Sumqayıt şəhəri (Azertexnolayn MMC)

Tələblərə uyğun namizədlər CV-lərini başlığa “MİA” yazaraq cv@azmade.az e-mail ünvanına göndərə bilərlər.

E-mail ünvanında problem yaranarsa müraciətlərinizi formu dolduraraq edə bilərsiniz.

Müraciət linki:  https://docs.google.com/forms/d/e/1FAIpQLSeKgvh-Qm46u9aayTMEtAlN3LEMeh4c7nu2SCiJ_7PDvl7CWg/viewform?usp=sf_link


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!


Daha çox Mühəndis vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Elan № 16216

Mühəndis vakansiyaları

Mühəndis vakansiyaları

10 Yanvar

Elan tarixi

19 Fevral

Bitmə tarixi

18828

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"