Mühəndis-Mexatronik

Mühəndis-Mexatronik

Halal-P
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühəndis

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    27 avqust 2020

  • Bitmə tarixi

    26 sentyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Mühəndis-Mexatronik vakansiyaları üçün bura keçid edin!

Artıq 22 ildir ki «HALAL-P» şirkəti Poliqrafiya sahəsində fəaliyyət göstərir və 20-dən artıq dünya brendlərinin (Konica Minolta, Koenig & Bauer Sheetfed AG & Co. KG, Giesecke &Devrient, Masterwork, Orfix, FUJIFILM, Dainippon Screen, PERFECTA, Schneidemaschinenwerk GmbH, Mondi Group, RİSO, İDEAL və s.) Azərbaycandakı rəsmi distribütorudur. Şirkətimiz qabaqcıl texnologiyalardan yararlanaraq, Azərbaycanda poliqrafiya, ofis və bank sahəsini keyfiyyətli məhsul və peşəkar xidmətlərlə təmin edir, ofset və rəqəmsəl mətbəələrin qurulmasinda iştirak edir və uzun illərdir bu sahədə lider mövqe tutur.

Halal-P” şirkəti Mühəndis-Mexatronik vəzifəsinə qəbul elan verir.

İş haqqında məlumat


  •  Avadanlıqların satışdan sonrakı quraşdırılması, diaqnostikası, profilaktikası və təmir işlərinin görülməsi;
  •  Daxil olan sorğular əsasında istehsalçı şirkətlərlə əlaqə saxlayaraq yaranmış problemlərin aradan qaldırılması yollarının tapılması;
  •  Proqram təminatı ilə (uzaqdan) idarə olunan avadanlıqların diaqnostikası və nasazlığının operativ şəkildə aradan qaldırılması;
  •  Göstərilən xidmətlərin texniki keyfiyyətinin nəzərdən keçirilməsi;
  •  Avadanlıqların iş prinsipində mövcud ola biləcək problemlərinin təsbit edilməsi və həlli üçün tədbir görülməsi;
  •  Texnoloji avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi;
  •  Texniki biliklərin artırılması üçün ölkə xaricində istehsalçı şirkətlər tərəfindən keçirilən təlimlərdə iştirak edilməsi.
  •  İş qrafiki-Həftənin bazar ertəsi-cümə günləri 09:00-18:00

Namizədə tələblər:

Tələb olunan minimum bilik, səriştə və keyfiyyətlər

 Ali təhsil (Mexanika, elektronika, elektrik, elektrotexnika sahəsində üstünlük verilir);

Üstünlük verilən meyarlar

 Öyrənmək və inkişaf etmək potensialı və istəyi;
 Şəbəkə texnologiyaları barədə məlumatlı olması
 Komputer və Windows əməliyyat sistemi üzrə texinki biliklər

Tələblərə uyğun gələn namizədlərdən mövzu sətrində “Mühəndis-Mexatronik” qeyd edərək CV-lərini hr@halal.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!

Elan #839412

  • 1410

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox