Müştəri dəyərinin idarəedilməsi üzrə mütəxəssis

Müştəri dəyərinin idarəedilməsi üzrə mütəxəssis

Azerconnect LLC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Marketinq menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    26 avqust 2021

  • Bitmə tarixi

    25 sentyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Müştəri dəyərinin idarəedilməsi üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Müştəri dəyərinin idarəedilməsi üzrə mütəxəssis

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.

Müştəri dəyərinin İdarəedilməsi üzrə mütəxəssis kimi siz, analitik və texniki bilikləriniz sayəsində müştərilərin saxlanılması məqsədilə marketinq təşəbbüslərini icra edərək müştəri seqmentlərinə istiqamətlənən kampaniyaları yaradıb və idarə edə bilərsiniz.

Vakansiya haqqında

Şirkət: Azerconnect
Funksiya :Marketinq
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi :1 September 2021

Sizin əsas vəzifə öhdəlikləriniz:

*Müştəri axınını öncədən müəyyənləşdirəcək statistik proqnoz modellərini hazırlamaq, avtomatik mükafat sistemlərini inkişaf etdirmək və modelin effektivliyinə nəzarət etmək
*Abunəçilərin davranışını təhlil və proqnoz etmək, davranış tendensiyalarını aşkar etmək və əldə edilən məlumatlara əsaslananaraq müştəri yönümlü məhsul və xidmət portfelini inkişaf etdirmək
*Abunəçi bazasını seqmentasiya, mikro-seqmentasiya etmək və müştərilərin seqmentlər əsasında profillərini təyin etmək
*Müştəri seqmentinin davranışını proqnozlaşdırmaq məqsədilə analitik və statistik modellər yaratmaq və hər bir hədəf qrupu üçün xüsusi təkliflər formalaşdırmaq
*Hər kampaniya üzrə abunəçilərin saxlanmasını, əldə edilən gəliri və istifadəni İƏG (ROI) nöqteyi nəzərdən qiymətləndirmək və nəzarət etmək
*Müştəri axını və qoruma strategiyalarına, hədəf qruplarına yönəlik təkliflərin və satış səviyyəsinin artırılmasına, müxtəlif məhsulların satış təşəbbüslərinin icrasına təkan vermək üçün müvafiq şöbələr ilə əməkdaşlıq etmək

Namizədə tələblər:

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

*İqtisadiyyat, Marketinq, Biznes, Tətbiqi Riyaziyyat və ya Kibernetika üzrə Ali təhsil
*Telekommunikasiya (üstünlük hesab olunur), FMCG və Maliyyə sahələrində Hesabatların Təhlili və Proqnozlaşdırma üzrə ən azı 1 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
*Müştəriyönümlü
*Komanda işi və əməkdaşlıq etmə bacarığı
*Nəticəyönümlü
*Strukturlu və metodoloji düşünmə qabiliyyəti
*Güclü riyazi bilik
*Analitik düşüncə
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi əlavə üstünlük hesab olunur)
*MS Office (MS Excel) proqramlarını mükəmməl bilmək
*Statistika və məlumat təhlili üzrə proqram bilikləri (əsasən R), SAS Enterprise Guide

Müraciət etmək üçün:

Müraciət etmək üçün bu linkəkeçid alın.
Şirkətimizdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox