Müxbir əlaqələr və hesablaşmalar üzrə aparıcı mütəxəssis

Müxbir əlaqələr və hesablaşmalar üzrə aparıcı mütəxəssis

AFB Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    14 yanvar 2025

  • Bitmə tarixi

    18 fevral 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Müxbir Hesablar və Klirinq üzrə Mütəxəssis vakansiyaları üçün bura keçid edin!

 

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Bank sektorunda ən azı 3 il iş təcrübəsi;
  • SWIFT, AZİPS, XÖHKS sistemlərində işləmə bacarığı;
  • Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
  • MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
  • Nəticəyönümlülük, dəqiqlik, problem həlletmə bacarığı, əməliyyat çevikliyi.

 

İşin təsviri:

  • NOSTRO və LORO hesabların qalıqlarına nəzarət edir;
  • Bank və müştərilərin xarici valyutada olan ödəniş tapşırıqlarının  SWIFT, AZIPS, XÖHKS və AÖS sistemlərində yoxlanılmasına məsuldur (verifikator);
  • Milli və xarici valyutada olan ödəniş sənədlərini bankdaxili əməliyyat sistemində müəyyən edilmiş limit həddində təsdiqləyir;
  • Banklararası əməliyyatlar üzrə xarici valyutada müəyyən edilməmiş hesablarda olan məbləğlərin araşdırılmasına və təyinatı üzrə işlənilməsinə məsuldur;
  • Xarici və milli valyuta əməliyyatları ilə əlaqədar müştərilərdən və ya aidiyyatı təşkilatlardan daxil olan sorğuları araşdırır, onlara cavab hazırlayır;
  • Avans və konsiqnasiya əməliyyatlarının elektron qeydiyyatının mərkəzləşdirilmiş qaydada aparılmasına məsuldur;
  • Sürətli pul köçürmə sistemləri üzrə klirinqi həyata keçirir;
  • Müxbir əlaqələr və hesablaşmalar üzrə digər əməkdaşın cari iş yükü çox olduqda, onlara kömək edir;
  • Direktorun və menecerin ona həvalə etdiyi digər işləri görür.

 

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox