Növbə rəhbəri

Növbə rəhbəri

Pizza Mizza
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Restoran işi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    30 yanvar 2024

  • Bitmə tarixi

    11 mart 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Növbə rəisi vakansiyaları üçün bura keçid edin!

Tələblər:

  • Ali təhsil
  • Xüsusən “fast-food” sahəsində (restoran meneceri, növbə rəhbəri kimi) 1-3 il təcrübə mütləqdir
  • Dil bilikləri: mütləq səlis azərbaycan dili və rus dili, ingilis dili arzuolunandır
  • Yaş 25-40
  • Komandada işləmək bacarığı
  • Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
  • İdarəetmə və problem həll etmə bacarığı olmalı

Vəzifələr:

  • Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
  • Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsini təmin etmək, onların işinə nəzarəti və iş bölgüsünü həyata keçirmək.
  • Restoranda bütün sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək.
  • Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
  • İşçi heyəti üçün vaxtlı vaxtında qiymətləndirmənin təşkil olunması və həyata keçirilməsinə nəzarəti təmin etmək.
  • Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
    • Əsas vəsaitlərə və az qiymətli istehlak materiallarına nəzarət etmək.
    • Görülən işlərin və xidmətlərin uçotunun təşkilini, istehsal fəaliyyəti üzrə hesabatların tərtibini həyata keçirmək.
    • Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək.
    • Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
    • Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarəti həyata keçirmək və təmin etmək.
    • Restoranın satış planının icrasını təmin etmək.
  • Tələb olunan hesabatları tərtib etmək və rəhbərliyə təqdim etmək.
  • Müştəri məmnuniyyəti üçün çalışmaq.

İş şəraiti:

  • İş vaxtı qrafikə əsasən, 6 günlük iş rejimi.
  • Əmək haqqı müsahibə əsasında.

Maraqlananlar şəkilli CV-lərini “Növbə rəhbəri” başlığı altında  hr@pizzamizza.az  elektron ünvanına göndərə bilərlər. 

Elan #852504

  • 3762

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox