Vəzifə öhdəlikləri:
- POS-terminalların qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və digər müvafiq dəyişikliklərin icrası;
- Elektron ticarətin qeydiyyatı, qeydiyyatdan çıxarılması və müvafiq dəyişikliklərin edilməsi;
- POS terminalların aylıq borclarının silinməsinin təşkili;
- POS terminal və Elektron ticarət üzərindən aparılan əməliyyatların müştəri müraciəti əsasında hesablara geri qaytarılması;
- POS terminalların kassa ilə təmin edilməsi üçün sifarişlərin hazırlanması;
- POS terminalların Manual Entry ilə təmin olunması;
- POS terminallar üçün bir tərəfli xitamların hazırlanması;
- CashBack tərəfdaşlarının sistemə daxil edilməsi;
- Pin zərflərin çap edilməsi;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər işlərin icrası.
Tələblər:
- Azərbaycan dilində səlis danışıq, rus dili bilikləri arzuolunandır;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Məsuliyyət və detallara qarşı diqqətlilik;
- Ünsiyyət qurma bacarığı və işə məsuliyyətlə yanaşmaq;
- Komandada işləmək bacarığı;
- Yüksək motivasiya və iş yükünə dayanıqlılıq.
Müraciət üçün uyğun namizədlər bu tələblərə əsasən müraciət edə bilərlər.