Ödəniş Sistemləri ilə İş / Kiçik Mütəxəssis

Ödəniş Sistemləri ilə İş / Kiçik Mütəxəssis

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    10 yanvar 2023

  • Bitmə tarixi

    09 fevral 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Ödəniş sistemləri ilə iş üzrə Mütəxəssis vakansiyaları üçün bura keçid edin!
  • Gündəlik olaraq bank kartları üzrə Prosessinq Mərkəzlərindən klirinq faylarının mübadiləsi və emal edilməsi (Visa, Master, Milli Kart, BKM və Kapital).Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
  • Bank ödəmə sistemləri üzrə (Visa, Master) daxil olan hesabatlar əsasında müxabirləşmələrinin bank proqramında icra etmək.
  • Gündəlik olaraq bank sistemində günün bağlanması prosesinin aparılması və Prosessinq mərkəzlərinə (Visa, Master, Milli Kart və BKM, Kapital) faylların göndərilməsi.
  • Pos-terminalların qeydiyyatı, cash-back əməliyytalarının sazlanması, yeni aqreqatorların sistemdə qeydiyyatı, MCC kodların müəyyən edilib sazlanması, yeni tranzit hesabların açılması, tranzit hesabdan vəsaitlərin köçürülməsi üçün Flex sistemində rekvizitlərin sazlanması.
  • Visa və Mastercard ödəniş sistemləri üzrə chargeback əməliyyatları və digər hesabatların hazırlanması və təqdim olunması.
  • Visa Quarterly report və Mastercard QMR hesabatlarının hazırlanmsı və sistemə daxil edilməsi.
  • Gələn ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi. Daxili və xarici qaydalara uyğun olaraq müvafiq tədbirlərin görülməsi, vaxtında və düzgün icrasının təmin edilməsi.
  • Əməliyyat gününün sonunda, bütün əməliyyatların vaxtında və düzgün aparılmasını təmin etmək üçün bütün əlaqəli hesabların yoxlanılması. Negativ hesabların yoxlanılması və tələb olunan müxabirləşmələrin verilməsi.
  • Daim yenilənən prosesləri nəzərə alaraq prosedurlar və qaydalar üzrə biliklərin artırılması.
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək. Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək. İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq. 
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Namizədə tələblər:
  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-2 il  
  • Xarici dillər: İngilis dili (orta səviyyə), Rus dili (orta səviyyə), Azərbaycan dili (yüksək səviyyədə)
  • Kompüter bilikləri: Microsoft Office (excel, world)
  • Məhsul üzrə biliklər: Bank kartları üzrə mövcüd olan Ödəmə sistemləri sahəsində təcrübə, ölkədaxili prosessinq mərkəzlərinin işləmə prinsipi üzrə məlumat
  • Başqa tələblər: Kart sistemində işləmə bacarığı. Görülən iş barəsində hesabat vermə bacarıqları, ünsiyyət bacarıqları və özünü inkişaf etdirmə bacarıgı

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox