Ödəniş sistemləri ilə iş üzrə Mütəxəssis

Ödəniş sistemləri ilə iş üzrə Mütəxəssis

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    07 sentyabr 2023

  • Bitmə tarixi

    07 oktyabr 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Ödəniş sistemləri ilə iş üzrə Mütəxəssis vakansiyaları üçün bura keçid edin!

İşiniz nədən ibarətdir?

  • Gündəlik olaraq BKM, Kapital və Millikart üzrə fayl mübadiləsi zamanı yaranmış hesabatların əsasında müvafiq müxabirləşmələri icra etmək;
  • Bank ödəmə sistemləri üzrə (Visa, Master) daxil olan hesabatlar əsasında müxabirləşmələri bank proqramında icra etmək;
  • Kart əməliyyatlarına aid bankın tranzit hesabları üzrə müvafiq müxabirləşmələr vermək və balansa çıxmaq;
  • Aqreqatorlar üzrə tranzit hesabların qalıqlarına çıxılması və müvafiq müxabirləşmələrin verilməsi;
  • Əlavə olunan yeni sistemlərin və proseslərin təkmilləşdirilməsi;
  • Gələn ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və bu məbləğlərin tranzit hesablardakı qalıqların vaxtında əks etdirilməsi. Daxili və xarici qaydalara uyğun olaraq müvafiq tədbirlərin görülməsi, vaxtında və düzgün icrasının təmin edilməsi;
  • Əməliyyat gününün sonunda, bütün əməliyyatların vaxtında və düzgün aparılmasını təmin etmək üçün bütün əlaqəli hesabların yoxlanılması. Negativ hesabların yoxlanılması və tələb olunan müxabirləşmələrin verilməsi;
  • Daim yenilənən prosesləri nəzərə alaraq prosedurlar və qaydalar üzrə biliklərin artırılması.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 2-3 il 
  • Xarici dillər: İngilis dili (orta səviyyə), Rus dili (orta səviyyə), Azərbaycan dili (yüksək səviyyədə)
  • Kompüter bilikləri: Microsoft Office (excel, world)
  • Məhsul üzrə biliklər: Bank kartları üzrə mövcüd olan Ödəmə sistemləri sahəsində təcrübə, ölkədaxili prosessinq mərkəzlərinin işləmə prinsipi üzrə məlumat
  • Başqa tələblər: Kart sistemində işləmə bacarığı. Görülən iş barəsində hesabat vermə bacarıqları, ünsiyyət bacarıqları və özünü inkişaf etdirmə bacarığı

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox