Ödənişlərin aparılması və satınalma işləri üzrə baş mütəxəssisi

Ödənişlərin aparılması və satınalma işləri üzrə baş mütəxəssisi

ABB
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    14 noyabr 2023

  • Bitmə tarixi

    14 dekabr 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Satınalma üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Görəcəyiniz işlər:

  • Marketinq departamentinin bütün satınalma prosedurları və təchizatı üzrə sifarişlərinin təmin edilməsi prosesini aparmaq, təqdimat məhsulları, çap materialları və rəqəmsal aktivlər kimi marketinq materiallarını əldə etmək üçün satınalma strategiyalarını hazırlamaq və icra etmək.
  • Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender, kotirovka, təklif, sorğuların keçirilməsi ilə bağlı müvafiq strukturlara (Satınalma Departamenti, Hüquq departamenti və s.) müraciət etmək və proses boyu əməkdaşlıq etmək;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Satınalma və büdcə prosesləri üzrə sənəd dövriyyəsinin aparılmasını təmin etmək;
  • Aylıq, rüblük və illik xərc cədvəlini hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Departamentin işinin təşkili ilə əlaqədar olan bütün məktubları (ödəmə məktubları, aylıq xərclər və s.) hazırlamaq, müvafiq struktura çatdırmaq və onları düzgün arxivləşdirmək.
  • Təhvil verilmiş hədiyyələrlə bağlı hesabtların hazırlanması, təhlil aparılması və sənədlərin düzgün arxivləşdirilməsi prosesini təmin etmək
  • Satınalma Departamenti tərəfindən təqdim olunan potensial tədarükçüləri və satıcıları qiymətləndirmək, əlverişli şərtlər və müqavilələr üzrə təhlil aparmaq.
  • Marketinq materialları və resursları üçün satınalma büdcəsini idarə etmək, xərclər izləmək və qənaətliliyi təmin etmək.

Bizim üçün uyğun namizəd:

  • Reklam, menecment və ya iqtisadiyyat sahəsində 3 il iş təcrübəsi;
  • Ali təhsili olan;
  • Microsoft Office proqram biliyi olan;
  • Yüksək səviyyədə ingilis dili, orta səviyyədə rus dili biliyi olan;
  • Analitik düşüncə tərzi olan, komandada işləmək bacarığı, təqdimat bacarığı olan şəxsdir.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox