Brandmart QSC-DeFacto mağazalar şəbəkəsi
Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin cavablandırılması, aidiyyəti şəxslərə yönləndirməsi;
- Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventor əşyaları ilə təmin edir, işçilər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
- Qonaqların qarşılanması və aidiyyatı şəxslərlə görüşünü təşkil edilməsi
- Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili va beynəlxalq yazışmaların aparılması;
- Gələn və gedən sənədlərin qeydiyyatı və uçotunu aparılması;
- Dövlət və qeyri-dövlət təşkilatlarına rəsmi sənədlərin çatdırılması məqsədi ilə kuryer xidməti ilə əlaqə saxlanılması və işlərin koordinasiya edilməsi;
- Ölkə daxili və xarici ezamiyyətlər zamanı əməkdaşlar üçün bilet və otel rezervasiyasını təşkil edilməsi;
- Müəssisə direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması, gündəliyinin tutulması (görüşlər, zənglər, qəbullar, iclasalar v.s.);
- Müəssisə direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlarin təşkili v.s.)
- Rəhbərin imzalayacağı sənədləri nəzərdən keçirməsi, redaktə və korrektə edilməsi;
- Aylıq hesabatların, təqdimatları hazırlaması və rəhbərə təqdim edilməsi üçün aidiyyatı şöbələri məlumatlandırması;
- Müəssisə direktorunun Adminstrativ tapşırıqlarının yerinə yetirilməsi:
- Şirkətdaxili kargüzarlıq işlərinin təşkili, məktub, arayış, etbarnamə və digər sənədlərin yazılması.
- Müştəri təkliflərinin və şikayətlərinin qeydə alınması, mövcüd şikayətlərin səbəbinin araşdırılması.
- Müştərilərin malın geri qaytarılması və ya dəyişilməsi ilə bağlı hər hansı şikayət və tələblərində mövcud olan prosedurla uyğunsuzluqlar yarandıqda, müraciətin həlli yolunun tapılması üçün müvafiq şöbələrə yönləndirilməsi
- Ofisdə səliqəli saxlanılmasına və nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək.
Əmək şəraitinin şərtləri:
- İş yeri : Bakı şəhərində Cəfər Cabbarlı 44 ünvanı, Caspian plaza
• Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
• İş vaxtı 1-6-cı günlər 09:00-18:00
• Əmək haqqı 500 AZN (net)
Namizədə tələblər:Ali təhsil;
Kargüzarlıq qaydalarını bilməli;
MS Office proqramlarını bilməli;
Dil bilikləri : Azərbaycan və rus dilində mükəmməl şifahi və yazılı istifadə, İngilis dili bilikləri orta səviyyədə olmalıdır ;