Ofis menecer

Ferrum Capital QSC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Ofis menecmenti

  • Maaş

    300 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    13 sentyabr 2021

  • Bitmə tarixi

    13 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Ofis meneceri vakansiyaları üçün bura keçid edin!

Ofis menecer

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İnzibati idarəetmə bölməsində ofis meneceri vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Ofis meneceri nə iş görür?

  • Əməkdaşların ofis ləvazimatları ilə təmin edilməsinə köməklik edilməsi
  • Ofis daxili ehtiyacların müəyyənləşdirilməsi, müvafiq şirkətlərlə danışıqların aparılması və sifarişlərin edilməsi
  • Məktubların qəbulu, göndərilməsi və aidiyyatı üzrə şöbələrə yöndərilməsi
  • Müştərilərin qarşılanması, müştərilərə lazımı məlumatların verilməsi, düzgün yönləndirilməsi
  • Görülən işlərlə bağlı hesabatların hazırlanması

    Əlavə məlumat

    • Bazar ertəsi – Cümə: 09:30 – 18:30
    • Şənbə: 10:00 – 14:00
    • Əmək haqqı: 300 AZN

      Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Ofis menecer” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

      Namizədə tələblər:

      Kimlər müraciət edə bilər?

      • 21-29 yaş aralığında gənclər

        Hansı özəlliklərə malik olmalıdır?

        • Ali təhsil
        • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
        • Səlis və aydın nitq qabiliyyəti
        • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
        • Çevik qərar vermə, detallara qarşı diqqətlilik, təşkilatçılıq 

        Elan #843347

        • 3763

        Oxşar vakansiyalar

        Bakıda işlər

        Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
        Daha çox