Vəzifə – Ofis meneceri/Receptionist
İş qrafiki: Bazarertəsi – Şənbə 9:00 – 18:00
İş ünvanı – Ağ Şəhər, Mərkəzi Bulvar küç. 6
Vəzifə öhdəlikləri:
- Şirkət qonaqlarının qarşılanması, köməklik göstərilməsi, istiqamətləndirilməsi;
- Müştərilərə showroomun gəzdirilməsi, məhsullar barədə məlumat verilməsiı;
- Daxil olan zəngləri qəbul edilməsi.
- Şirkətin fəaliyyəti ilə bağlı müştərilərə ətraflı cavabların verilməsi və ya onların təyinatı üzrə istiqamətləndirilməsi;
- Mütəmadi olaraq şirkətin elektron ünvanına daxil olan məktubların təqib edilməsi,
- Prioritetə görə qeydlərin aparılması və lazımı ünvana yönəldilməsi;
- Məktubların qəbul edilməsi, müvafiq departamentlərə yönləndirilməsi və məktubların göndərilməsi;
- Sənədlərin scan edilməsi, vaxtında qovluqlara səliqəli formada yığılması;
- Sənədlərin və elektron məlumatların saxlanılmasına nəzarət edilməsi;
- Ofis avadanlıqlarına (ləvazimatlarına) nəzarət: Ofis avadanlıqlarında hər hansı nasazlıq yaranarsa dərhal aidiyyatı şəxslərlə əlaqə saxlanılmalsı; Ofis ləvazimatlarının miqdarına mütəmadi olaraq nəzarət edilməsi, ləvazimatlar bitməzdən öncə sifariş edilməsi;
- Gündəlik inzibati işlərin yerinə yetirilməsi;
- Sosial şəbəkələr üzərində şirkətin təbliğ olunması;
- Şirkət adından iştirak edərək lazım ola biləcək görüşlərin aparılması;
- Verilən tapşırıqlar üzrə həftəlik, aylıq və rüblük raportların hazırlanması və təqdim olunması;
İşçidən tələb olunan xüsusiyyətlər
- Ali Təhsilli;
- Cinsiyyət: Qadın;
- Yaş aralığı: 22-30;
- 1-3 illik iş təcrübəsi
- Azərbaycan və Rus dilində sərbəst danışmaq və yazmaq. İngilis dilini bilənlərə üstünlük veriləcək;
- Komandada işləmə bacarığı;
- Səliqəli, xoş görünüşlü və ünsiyyətcil;
- İşgüzar, təşəbbüskar və problemləri həll etmək bacarığı;
- İşə planlı yanaşma, analitik düşünmə qabiliyyəti;
- Microsoft Office proqramları ilə işləmək bacarığı;
Qeydlər:
- CV-lərə bir ədəd şəkil əlavə olunmalıdır.
- Vəzifəyə aidiyyəti olmayan şəxlər qeydə alınmayacaq
- Müraciət etdiyiniz vəzifəni emailin subject hissəsinə qeyd edin