Onlayn kreditlər bölməsinin kiçik eksperti

Onlayn kreditlər bölməsinin kiçik eksperti

Bank of Baku
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Kredit mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    16 iyun 2023

  • Bitmə tarixi

    16 iyul 2023

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!

- Müəyyən olunmuş limitlər çərçivəsində və yaxud Kredit Komitəsində müsbət qərar almış həmçinin İH sədrinin əmri və ya sahə rəhbərinin sərəncamı əsasında ərizələrin və müraciətlərin kreditvermə hüquqları ilə bağlı bankın daxili qaydalarının tələblərinə əməl etməklə rəsmiləşdirilməsini təmin edir;
- Tərəfindən aparılmış əməliyyatlar üzrə Bankın mövcud olan tariflərinə əsasən bank komissiyalarını tutur;
- Bankın daxili qaydalarına əsasən müəyyən olunmuş limitlər çərçivəsində müraciət olunmuş ərizələrin və müraciətlərin təhlilində iştirak edir, həmçinin müraciətlər əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
- Rəsmləşdirilən sənədləri arxivləşdirir;
- Şöbə müdirinin, bölmə rəhbərinin tapşırığına əsasən müvafiq işləri görür;
- Baxılmış ərizələr və aparılan əməliyyatlar üzrə bank və komersiyya sirləri təşkil edən məlumatların qorunmasını təmin edir;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Texniki səriştəliklər

Daxil olan onlayn müraciətlərə əsasən müştərilərə kredit,taksit və s. məhsulların satışı və məlumat verilməsi ilə bağlı zənglər etmək
Potensial müştəriləri təhlil etmək, rəsmiləşdirilə biləcək kredit məhsulu və kredit məbləğini müəyyən etmək
Müəyyən olunmuş limitlər çərçivəsində onlayn müraciət olunmuş ərizələrin rəsmiləşməsini təmin etmək
Müştəriləri bankın filialına yönləndirmək və kredit verilməsi prosesini sona qədər təqib etmək

Namizədə tələblər:

Yumşaq bacarıqlar

  • Məsuliyyət
  • Nizam intizam
  • Təşəbbüskarlıq
  • Nəticəyə yönümlülük
  • Adaptasiya
  • Enerji
  • Detallara diqqət
  • Stresin idarə edilməsi
  • Analitik düşünmə qabiliyyəti

Digər şərtlər

- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.
- Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.

Dil biliyi

  • Azərbaycan - Yüksək

Kompüter biliyi

  • MS Office - Orta

Elan #849938

  • 2418

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox