Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin və instagramm üzrə gələn müraciətlərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması;
- Müraciət edən müştərilərə müəssisənin məhsulları və xidmətləri haqqında tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi, müştəriyə yüksək səviyyəli xidmət göstərməsi;
- Sifarişlərin vaxtında icra olunması üçün düzgün yönləndirilməsi və müvafiq şöbələrə yenidən bölüşdürülməsi;
- Zəruri informasiyanın alınması məqsədilə müştərilərlə əlaqənin yaradılması (informativ xarakterli zənglər, sorğu/anket);
- Müştərilərin çətinliklərini müvafiq səlahiyyət çərçivəsində həll edilməsi
Tələb olunan bilik və bacarıqlar:
- Müştəri xidmətləri sahəsi üzrə iş təcrübəsi arzuolunandır.
- Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı.
- Səlis nitq qabiliyyəti;
- Güclü ünsiyyət bacarığı;
- MS Office programları üzrə biliklər.