- Qayda və protokol əsasında gündəlik verilən kreditlərə nəzarət etmək;
- Verilən kreditlərlə bağlı qayda üzrə kənarlaşma müəyyən etdikdə müvafiq filial əməkdaşından izahat almaq, struktur bölmsinin kuratoruna məlumat vermək;
- Gündəlik ödənişlərə nəzarət etmək;
- Prosedur üzrə gecikən kreditlər üçün faizin dayandırılması barədə təklif vermək;
- İstehlak kreditlərinin monitorinqini həyata keçirir və istehlak kreditlərinin “Bir Pəncərə” modulunda və kredit sənədlərdə yazılanların uyğunluğunu yoxlayır və digər hallarla bağlı müştərilərlə telefon vasitəsilə əlaqəsi saxlayır
- Mikrokredit, SME kreditlərinin monitorinqini həyata keçirir.
- Verilmiş kreditlər üzrə minumum sənəd paketinin tamlığını və düzgünlüyünü yoxlayır.
- Monitorinqlərin nəticəsi olaraq akt hazırlayır və tövsiyyələr verir.
- Filialdaxili Kredit Komitələrinin fəaliyyətini qiymətləndirir
- Portfeldə məhsullar üzrə portfeli təhlil edir, nəzarət edir, kredit rikslərinin müəyyən edilməsində iştirak edir
- Ehtiyac olduğu halda növbədənkənar monitorinqini aparır.
- Kredit məhsullarının yaradılmasında iştirak edir.
- Monitorinq keçirən vaxt kredit sifarişlərinə baxılarkən bankdaxili prosedurlara düzgün riayət olunması üçün kredit işçilərinə nəticə olaraq rəy və tövsiyyələrini verir.
- Müvafiq hesabatların hazırlanması;
- Azərbaycan Respublikasının Mərkəzi bankının müvafiq qayda və təlimatları bilmək və onlara riayət etmək
Namizədə tələblər:- Ali iqtisadi təhsil;
- Müvafiq sahədə azı 5 il iş təcrübəsinin olması; (xüsusi ilə biznes kredit sahəsində)
- Analitik düşüncəyə malik olmaq;
- İdarəetmə, nəzarət etmə və təşkilatçılıq qabiliyyətinin olması;
- Komandada işləmək bacarığının olması;
- Operativ və düzgün qərar vermək bacarığının olması;
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
- Təşəbbüskarlıq və yeni ideyalara malik olması.
- Excel proqramı üzrə biliklərin olması.
- Data base-lərlə işləmə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Portfelə nəzarət və monitorinq şöbəsinin baş mütəxəssis / eksperti” göstərməyiniz xahiş olunur.