Portfelin monitorinqi və hesabatı üzrə mütəxəssis

Portfelin monitorinqi və hesabatı üzrə mütəxəssis

BOA Agency
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    300 - 400 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    17 may 2024

  • Bitmə tarixi

    26 iyun 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Portfelin monitorinqi və hesabatı üzrə  mütəxəssis– Boa Agency

Vəzifə öhdəlikləri:

  • Gündəlik olaraq əməkdaşların portfellərinin yoxlanılması, yeni işlərin əlavə edilməsi və çıxarılması;
  • Tranzit hesabların işlənməsi;
  • Ayın ilk günü yeni gələn əməkdaşlar üçün portfellərin hazırlanması və təqdim edilməsi;
  • Gündəlik olaraq hesabatın hazırlanması və ayın sonu yekun hesabatın rəhbərliyə təqdim edilməsi;
  • Ümumi porfelin (BAZA) monitorinqi, səhvlərin aradan qaldırılması;
  • Problemli  işlər üçün göndərilən maillərin yoxlanılması və cavablandırılması;
  • Lazımi sənədlərin hazırlanması, onların qəbulu, uçotu, qeydiyyatı, və icrasına nəzarətin həyata keçirilməsi, sənədlərlə bağlı rəhbərliyə məlumat verilməsi və onların saxlanmasının təmin edilməsi;
  • Müəssisənin rəhbəliyinə təqdim edilən sənədlərin hazırlıq keyfiyyətinə, onların düzgün tərtib olunmasına, razılaşdırılmasına və təsdiq edilməsinə nəzarətin həyata keçirilməsi;
  • Rəhbərliyə aid sənədlərin və rəhbərliyin göstərişlərinin icrasına nəzarət edilməsi, bu sənədlərin vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək məqsədilə operativ tədbirlərin görülməsi;
  • Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq sənəd dövriyyəsinə aid işlərin tərtib edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi;
  • Rəhbərin ona həvalə etdiyi digər işlərin yerinə yetirilməsi.

Vakant vəzifə üzrə tələblər:

  • Yaş həddi: 21-30;
  • Xanım namizədlərə üstünlük veriləcək;
  • Ali təhsil (Maliyyə və buna uyğun digər sahə üzrə bakalavr təhsili arzuolunandır);
  • Universiteti yeni bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 il iş təcrübəsi;
  • Office proqramlarında işləmək bacarığı (Excel - yaxşı səviyyədə);
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır;
  • Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

 İş şəraiti:

  • Əmək haqqı – 400 AZN(nett)
  • İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • Şənbə və bazar istirahət;
  • Nahar fasiləsi: 13:00 – 14:00;

 Sizə nə təklif edirik?

  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
  • Karyera və inkişaf perspektivləri;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.

Elan #853676

  • 4332

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox