Problemli kreditlər üzrə mütəxəssis

Problemli kreditlər üzrə mütəxəssis

AFB Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Kredit mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    29 sentyabr 2021

  • Bitmə tarixi

    29 oktyabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Problemli kreditlər üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

AFB Bank Risklərin idarəedilməsi Strukturu Problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

İŞİN TƏSVİRİ:

• Problemli Kreditlərlə İş sahəsindən daxil olan sənədlərin reqlamentə uyğun olaraq təhvil-təslim aktı ilə alınmasını təmin etmək;
• Təhvil alınan portfel üzrə borclularla görüş keçirib problemin yaranma səbəblərini araşdırmaq;
• Bankın verdiyi və ya Banka qarşı qaldırılmış mülki iddialar üzrə müvafiq məhkəmə proseslərində və apellyasiya instansiyasında iştirak etmək;
• Bankın tələbləri ilə bağlı iddia və ərizələri, müəyyən məhkəmə işləri üzrə isə etiraz və şikayətləri hazırlanmasını təmin etmək;
• Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin vaxtında icraya yönəldilməsinə və məhkəmə qərarlarının icrasına nəzarət etmək;
• Strukturun fəaliyyətinin effektivliyinin artırılması məqsədilə Problemli kreditlərlə iş praktikası və metodologiyası sahəsində araşdırmalar aparmaq.

Namizədə tələblər:

• Hüquqi ali təhsil;

• Bank sistemində müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

• Mükəmməl Azərbaycan dili biliyi;

• MS Office proqramlarında işləmək bacarığı;

• Yüksək səviyyədə ünsiyyət və komanda ilə işləmək bacarığı;

• Məsuliyyətlilik, dəqiqlik və etibarlılıq;

• Problem həll etmə bacarığı.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Problemli kreditlər üzrə mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox