Problemli kreditlər üzrə mütəxəssis

Problemli kreditlər üzrə mütəxəssis

Ferrum Capital QSC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    400 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    14 noyabr 2022

  • Bitmə tarixi

    14 dekabr 2022

Diqqət!

Bu elanın vaxtı bitib. Problemli kreditlər üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Problemli kreditlər üzrə mütəxəssis

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Monitorinq və Problemli Kreditlər bölməsində Problemli kreditlər üzrə mütəxəssis vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Problemli kreditlər üzrə mütəxəssis nə iş görür?

  • Problemli kredit portfellərinə nəzarət etmək;
  • Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq;
  • Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək;
  • Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
  • Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək.
  • Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəliklərini həyata keçirmək;

Əlavə məlumat

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Əmək haqqı – 400 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “ Problemli kreditlər üzrə mütəxəssis qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Namizədə tələblər:

Hansı özəlliklərə malik olmalıdır?

  • İqtisadi, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
  • 21- 35 yaş aralığı;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Tələbkar, obyektiv, məsuliyyətli, çevik olmalı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox