P
Procurement Specialist (Satınalma mütəxəssisi)
-
Şəhər
Sumqayıt
-
Kateqoriya
Menecment
-
Maaş
-
İş rejimi
Tam-ştat
-
Təhsil
Ali
-
Yerləşmə tarixi
14 noyabr 2023
-
Bitmə tarixi
14 dekabr 2023
Vəzifə öhdəlikləri:
- Sifarişlər əsasında düzgün bazar araşdırmasını etmək
- Ehtiyatların miqdarına nəzarət etmək
- Analiz edib uyğun satıcını seçmək
- Tender qiymətləndirmə planına, prosedurlarına uyğun olaraq təklifi qiymətləndirmək və seçim etmək
- Satınalma tələblərinə uyğun olaraq malları təhvil almaq
- Prosedur qaydalarına uyğun olaraq mal və ya xidmətlərin qəbul edilməsini təsdiq etmək, ödənişlər üçün hesabları emal etmək
- Sifarişçinin tələblərinə uyğun olaraq razılaşdırılmış vaxt qrafiki çərçivəsində satınalma prosesini yekunlaşdırmaq
- Alınan və göndərilən sifarişlərin sənədlərini təmin etmək
- Yük anbara və ya layihəyə çatana qədər sifarişi izləmək
- Prosedurlara uyğun olaraq müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq
- Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək
- Podratçılarla müqavilə razılaşmaları rəsmiləşdirilməməyənə qədər işə başlamamaq
- Satınalma prosesinə uyğun olan və bütün tərəflər üçün icrası məcburi olan müqavilə razılaşmaları üzrə danışıqlar aparmaq, onları rəsmiləşdirmək, siyasət və prosedurlara uyğun olaraq məlumat vermək
- Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişləri nəzərdən keçirmək
- Müqavilələrin və sifarişlərin statusunu izləmək
Namizədə tələblər:
- Cinsi: Qadın
- Ali təhsil
- Azərbaycan, rus və ingilis dillərini bilməli
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Ofis programları: MS Office (Word, Excell, Power Point) proqramlarında işləməyi bilməli
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı
- Problemləri həll etmə bacarığı
Ünsiyyət qurma bacarığı
İş şəraiti:
- Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək
- Nahar şirkət tərəfindən verilir
- İş yerinə gediş-gəliş Əcəmi m. yanından nəqliyyat ilə müəssisə tərəfindən təmin olunur.
Sənədləşmə, Əmək məzuniyyəti və s. prosedurlar Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
Qeydlər:
- CV-yə bir ədəd şəkil əlavə olunmalıdır.
- Vəzifəyə uyğun olmayan şəxslər qeydə alınmayacaq
- Bu vəzifəyə müraciət etmək üçün CV-ni picarteryhr@gmail.com ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifəni email`in “Mövzu” hissəsinə qeyd edin