- Layihələr sifarişçinin istəyinə əsasən müxtəlif obyektlərdə, müxtəlif kateqoriyalı otaq qapıları, giriş qapıları, qapı dəstəklərinin quraşdırılmasından ibarət olacaq.
- Hazır layihələrin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün kordinasiya qurmaq.
- Layihələrlə bağlı işlərin gedişini izləmək və vəzifə öhdəlikləri daxilində müştəri və memara dəstək olmaq.
- Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət etmək.
- Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsini təmin etmək.
- Layihə ilə bağlı gündəlik hesabatları rəhbərliyə təqdim etmək.
Namizədə tələblər:- Ali təhsil (İnşaat sahəsində üstünlükdür)
- Layihə İdarəetmə və ya müvafiq sahələrdə ən azı 3-5 il iş təcrübəsi;
- Memarlıq rəsmlərini oxumaq və başa düşmək bacarığı
- Yüksək səviyyədə Azərbaycan və və rus dili biliyi, ingilis dili arzuolunandır;
- Microsoft Office, Auto Cad, proqramlarında sərbəst işləmək bacarığı;
- Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
- Gərgin iş rejimində işləmək bacarığı;
- Vakansiyaya yalnız xanım namizədlər müraciət edə bilər.
İş şəraiti:
İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək
Şənbə və baza qeyri iş günləridir
Nahar şirkət tərəfindən təmin olunur
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.