Proqram təminatı üzrə kiçik mütəxəssis

Proqram təminatı üzrə kiçik mütəxəssis

Yelo Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Sistem idarəetməsi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    16 aprel 2021

  • Bitmə tarixi

    16 may 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Proqram təminatı üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Struktur: İT əməliyyatları şöbəsi
Vəzifə: Kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri

Vəzifə öhdəlikləri:

- Proqram təminatının qurulması, sazlanması və yeniləmələrin yüklənməsi;
- Proqram təminatları arasında qarşılıqlı əlaqənin sazlanması;
- Proqram təminatlarının işləməsini nəzarətdə saxlamaq, lazımı monitorinq sazlamaları aparmaq;
- Tətbiqlər üzrə sənədləşmə aparmaq;
- Tətbiqlərdə yaranmış problemləri araşdırmaq və aradan qaldırmaq.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Namizədə tələblər:

- Tətbiqdə əksini tapmış biznes prosesini anlama bacarığı;

- Kompleks tətbiqlərin sazlanması və idarəedilməsi, xətaları araşdırma bacarığı;

- Banklarda istifadə olunan proqram təminatlarını mənimsəmə və lazımı sənədləşmə işlərini aparma bacarığı;

- Analitik və problemi həll etmə bacarığı, araştırma zamanı məsələyə müxtəlif yönlərdən yaxınlaşma bacarığı;

- Monitorinq tətbiqləri ilə işləmə, log fayllarını analiz etmə bacarığı;

- Linux və Windows əməliyyat sistemləri, Weblogic, Apache Tomcat serverləri ilə işləmə bacarığı;

- SOAP və Rest servislərini test etmə bacarığı;

- Müstəqil işləmə, yeni sahələri və yeni bacarıqları tez öyrənmə qabiliyyəti.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İT əməliyyatları şöbəsində Proqram təminatı üzrə kiçik mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Proqram təminatı_kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox