💡 Python/Django Developer Təcrübə Proqramı

💡 Python/Django Developer Təcrübə Proqramı

VR Media Marketinq
  • Şəhər

    Bakı, Zaur Nudirəliyev 81 (innoland)

  • Kateqoriya

    Proqramlaşdırma

  • Maaş

    Razılaşma ilə

    Ödəniş seçilən təcrübəçi tərəfindən edilir
  • İş rejimi

    Təcrübəçi

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    15 mart 2025

  • Bitmə tarixi

    14 aprel 2025

Python/Django Developer Təcrübə Proqramı – İki Fərqli İmkan 

Yalnız 2 nəfər seçiləcək! Şansını qaçırma!

 

Karyerana təcrübə əldə edərək başlamaq istəyirsən?
 

  • Python/Django, Bootstrap və JavaScript biliklərinə sahib olan və real iş mühitində təcrübə qazanmaq istəyən gənc developerləri 3 aylıq intensiv təcrübə proqramına dəvət edirik.
  • Bu proqram sənə real layihələr üzərində işləmək, təcrübəli mentorlarla inkişaf etmək və biliklərini praktik şəkildə təkmilləşdirmək imkanı yaradacaq. Yalnız 2 nəfər seçiləcək.

Proqramın detalları və seçim imkanları ilə aşağıda tanış olun:

 

Sizin üçün 2 fərqli seçim təqdim edirik:

 

Standart Təcrübə Proqramı (100 AZN – aylıq siz tərəfdən ödəniş edilir)

  • 3 ay müddətində real layihələr üzərində işləmə imkanı
  • Kod keyfiyyətinin artırılması və layihə idarəetmə bacarıqlarının inkişafı
  • Uğurla başa vuranlar Sabah.Hub innovasiya və akselerasiya mərkəzinin proqramına seçilən “MediaMarketinq” layihəmizdə freelancer bazamıza əlavə olunma imkanı əldə edəcək

İnkişaf Paketi (200 AZN – Süni İntellektlə Təkmilləşmə – aylıq siz tərəfdən ödəniş edilir)

  • 3 ay müddətində real layihələr üzərində işləmə imkanı
  • Təcrübəli developer tərəfindən mentor dəstəyi
  • Süni intellekt və digər qabaqcıl alətlərdən istifadə edərək daha effektiv kod yazmağı öyrənmə və tətbiq etmək
  • Qabaqcıl texnologiyalardan istifadə edərək junior developer (öyrənmə qabiliyyətindən asılı olaraq strong junior) səviyyəsinə çatmaq üçün intensiv hazırlıq
  • Portfolioya real layihələr əlavə etmək imkanı
  • Uğurla başa vuranlar “MediaMarketinq” layihəmizdə freelancer bazamıza əlavə olunma imkanı əldə edəcək

Proqram müddətində görüləcək işlər:

  • Web saytların hazırlanmasında iştirak
  • Django Framework üzərində real layihələr hazırlamaq
  • Bootstrap və JavaScript istifadə edərək frontend inkişafı
  • İstəyə və minimal biliklərə uyğun olaraq Node.js, React üzrə dəstək almaq
  • Süni intellekt və avtomatlaşdırma alətləri ilə kod keyfiyyətinin artırılması
  • Git/GitHub ilə komandada işləmə təcrübəsi qazanmaq

İş rejimi:

  •  Təcrübə müddəti (3 ay):
  • 1-5 günlər: 11:00 - 18:00 (ofisdən - bəzi hallarda remote da ola bilər)
  • Şənbə: 12:00 - 16:00 (remote)

Kimlər müraciət edə bilər?

  • Python/Django, Bootstrap və JavaScript biliklərinə sahib olanlar
  • Kod nümunəsi və ya kiçik layihə təqdim edə bilənlər
  • Süni intellekt və innovativ alətlərlə işləməyi öyrənmək istəyənlər

Necə müraciət etməli?

  • CV və varsa, hazırladığınız kiçik layihəni "Təcrübəçi developer" başğı ilə info@vrproduction.az e-mail ünvanına göndərin.

Əlavə suallar üçün: 050-242-06-89 (Whatsapp)

Gələcəyin innovativ developerı olmaq üçün ilk addımını at! 

 

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox