Qazanxana əməliyyatçısı

Qazanxana əməliyyatçısı

Yelo Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    17 fevral 2025

  • Bitmə tarixi

    24 mart 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Qazanxana operatoru vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

  • Bankın Baş ofis binasının isitmə və soyutma sistemlərinin fasiləsiz iş rejimini təmin etmək. Problemlər yarandığı təqdirdə həmin problemlərin səbəbləri və mümkün nəticələri haqqında bilavasitə rəhbərliyə məlumat verilməsi, bu problemlərin həlli üçün bütün tədbirləri görmək.
  • Su anbarına nəzarət (suyun səviyyəsinin yoxlanılması) və ildə bir dəfə ambarın içəridən təmizlənməsinə nəzarət.
  • Sanitar qovşaqların avadanlıq və cihazlarına gündəlik nəzarət və texniki xidmətin aparılması.
  • Kanalizasiya şəbəkəsinə texniki qulluq, təmiri və təmizlənilməsinə nəzarət.
  • Təzyiq altında işləyən avadanlığın təzyiqinə nəzarət.
  • HVAC, su təchizatı avadanlığının işinə nəzarət etmək, yaranmış nasazlıqlar barədə rəhbərliyə dərhal məlumat vermək və nasazlığın aradan qaldırılması üçün təlimatlar əsasında bütün tədbirləri görmək.
  • HVAC və su təchizatı sistemlərinin filtrlərinin təyin olunmuş vaxtda və istismar qaydalarına uyğun olaraq dəyişilməsi.
  • Qazanxana avadanlıqlarına və onların iş rejiminə nəzarət, qaz qazanlarının qoşulması və söndürülməsi.
  • Qazanxana avadanlıqlarının lisenziyalı şirkət tərəfindən qanunvericilik əsasında texniki baxışlarının keçirilməsinə nəzarət etmək.
  • Qazın təzyiqinə, avtomatik qoruyucu cihazlarına, qaz sızma və yanğın xəbərdarlıq sensorlarının texniki vəziyyətinə nəzarət etmək və yaranmış texniki nasazlıqların aradan qaldırılmasını təmin etmək.
  • Yaranmış nasazlıqlar və görülmüş tədbirlər barədə tabe olduğu rəhbərlərinə məlumat vermək və əməliyyat jurnalında qeydiyyat aparmaq.
  • Qəza şəraitində qazanxana avadanlıqlarının söndürülməsini, qaz verilmə ventilinin bağlanmasını, qaz qəza və yanğın söndürmə xidmətlərinin çağırılmasını təmin etmək.
  • Qazanxana avadanlıqlarının təhlükəsiz istismarını təmin etmək.

 

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
  • Azərbaycan dilində səlis danışıq bacarığı.
  • Orta təhsil / müvafiq peşə ixtisası təhsili arzuolunandır.
  • Komandada işləmə bacarığı.
  • Tikinti norma və qaydalarını bilməli.
  • Qazanxana işlərini icra etmə bacarığı.
  • Qazanxananın idarə olunması əsasları haqqında biliklər.

Elan #858919

  • 1341

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox