Görəcəyiniz işlər:
- Yeni POS terminal sifarişlərinin hazırlanması, qeydiyyatı;
- POS terminalların Dövlət Vergi xidmətinin sistemində qeydiyyata salınması və qeydiyyatdan çıxarılması;
- Prosessinq mərkəzi ilə ekvayrinq əməliyyatları üzrə araşdırmaların aparılması;
- Daxil olmuş chargeback sorğuları əsasında tərəfdaşla proseslərin idarə edilməsi;
- Kassa avadanlıqlarının quraşdırılması üzrə sorğuların yaradılması və idarəedilməsi;
- Ekvayrinq məhsulları üzrə sorğuların icrası üzrə hesabatların hazırlanması.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Təşəbbüskarlıq və proaktivlik bacarığına;
- Güclü kommunikasiya və komandada işləmə bacarığına;
- Dinamik iş mühitinə uyğunlaşma, stressə davamlılıq;
- Kreativ və nəticə yönümlü yanaşmaya;
- Ekvayrinq sahəsində təcrübəyə;
- Bank qanunvericiliyi və bank əməliyyatlarına dair ümumi biliklərə;
- Analitik və məntiqi təfəkkür, problemləri həll etmək, analitik mühakimə yürütmək və əsaslandırmaq, problemə müxtəlif kontekstlərdən baxmaq və həll etmək bacarığına;
- Ofis proqramlarına dair yüksək biliklərə sahib olan şəxsdir.