Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsinin Mütəxəssis (IT və Kiber Risklər istiqaməti)

Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsinin Mütəxəssis (IT və Kiber Risklər istiqaməti)

PASHA Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    20 noyabr 2024

  • Bitmə tarixi

    25 dekabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Risklərin idarə edilməsi üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

 

İşiniz nədən ibarətdir?

  • Bankın İT və Kiber risk və insidentlərinin araşdırılması, davamlı izlənilməsi və risklərin baş vermə ehtimalının təhlili;
  • Təsir və ehtimal təhlil edildikdən sonra riskin özü, təsviri və risk səviyyəsinin müəyyən edilməsi. Riskin təsirinin azaldılması üçün bir sıra nəzarət tədbirləri hazırlanması. Tədbirlər planının razılaşdırılması və şərtlərin müəyyənləşdirilməsi. Risk, onun səviyyəsi, qarşısının alınması planlarının risk reyestrinda sənədləşdirilməsi;
  • Bütün maraqlı tərəflərə dəstək vermək, 1-ci sıra risk müdafiəçilərinə və risklərin koordinasiyasına (məsələn, sorğuları qiymətləndirmək) dəstək;
  • Normativ sənədlərin hazırlanması və Bankın bütün yeni və mövcud normativ sənədlərini və məhsullarını nəzərdən keçirilməsi - potensial İT / Kiber risklərin yaranmasının qarşısının alınması;
  • Risk Nəzarəti Özünü Qiymətləndirmə (RCSA) və Əsas Risk Göstəriciləri (KRI)  vasitələrindən istifadə edərək risklərin müəyyənləşdirilməsi;
  • Stress test ssenarilərinin hazırlanması;
  • İT /Kiber risk metodologiyasinin icrası və yenilənməsi;
  • Daxili itkilərin məlumat bazasına daxil edilməsi;
  • İT/Kiber risklərə aid proyektlərdə iştirak;
  • İstisnaların idarə edilməsi;
  • Əsas risk indikatorları üçün məlumatların toplanması;
  • Hesabatların hazırlanması;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

 

Sizdən nə tələb olunur?

  • Təhsil: Bakalavr;
  • Tələb olunan iş təcrübəsi: 1-2 il;
  • Lisenziya / Sertifikat: İTİL v4, COBİT 5, İSO27001, Prince2 Foundation arzu olunandır;
  • Xarici dillər: İngilis, Rus;
  • Kompüter bilikləri: Microsoft Office.

 

 

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox