Qiymətləndirmə və portfel analizi şöbəsinin baş mütəxəssisi

Qiymətləndirmə və portfel analizi şöbəsinin baş mütəxəssisi

PASHA Life
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    01 fevral 2023

  • Bitmə tarixi

    03 mart 2023

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!
  • Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərini müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
  • Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində qabaqcıl təcrübənin öyrənilməsi və idarə edilməsi sahəsində təkliflərin hazırlanması;
  • Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi işinə başçılıq etmək;
  • Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
  • Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması;
  • Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması;
  • Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
  • Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasına nəzarət;
  • Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi metodologiyasının işlənib hazırlanması və təkliflərin verilməsi;
  • Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi işinə nəzarət;
  • Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması.
Namizədə tələblər:
  • İş təcrübəsi: Aktuar sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat ixtisasları üzrə balakavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta.
  • Üstünlüklər: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Aktuar üzrə magistr dərəcəsinin olması, Rus dilinin orta səviyyədə biliklərin olması, Aktuar lisenziyasının olması, Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi, SQL, R və Python proqramlaşdırma biliklərin olması, MS Excel-VBA biliklərin olması.
  • Kompüter bilikləri: MS Excel: əla, MS Word: əla, MS PowerPoint: orta.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortasıhttps://pasha-life.az/en/about/karyera/

Elan #848397

  • 763

Kateqoriya Digər

İş rejimi Tam-ştat

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox