Vəzifə Öhdəlikləri:
- Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərini müəyyən etmək, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
- Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsində qabaqcıl təcrübənin öyrənilməsi və idarə edilməsi sahəsində təkliflərin hazırlanması;
- Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi işinə başçılıq etmək;
- Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
- Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılması;
- Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması;
- Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
- Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasına nəzarət;
- Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi metodologiyasının işlənib hazırlanması və təkliflərin verilməsi;
- Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması;
- Audit yoxlaması zamanı tədbirlər planını icra etmək , icrasına nəzarət etmək;
- Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək;
- Sığorta məhsulu üzrə yeni şəhadətnamə formalarının və onunla əlaqəli sənədlərin yaradılması və ya mövcud şəhadətnamə formasına və onunlar əlaqəli sənədlərə dəyişikliklərin edilməsi;
- Buraxılmış müqavilə və əlavələr üzrə monitorinqin aparılması və nəticələri barədə məlumatlandırma;
- Mövcud məhsulların qiymətləndirilməsi ilə bağlı digər strukturlardan daxil olan sualların cavablandırılması və yaranmış uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq addımların atılması;
- Şirkət daxilində ehtiyac yarandıqca əməkdaşlarının məhsul biliklərinin artırılması məqsədi ilə təşkil olunan təlimlərdə təlimçi kimi iştirak
Namizədə olan tələblər:
- İş təcrübəsi: Aktuar sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur
- Təhsili/ixtisası: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Maliyyə ixtisasları üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: orta
- Üstünlüklər: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Aktuar üzrə magistr dərəcəsinin olması, Rus dilinin biliyi, Aktuar lisenziyasının olması, Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi
- Kompüter bilikləri: MS Office-əla
-
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə.
İmtiyazlar:
- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.