Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi

Qiymətləndirmə və portfel analizi şöbəsinin mütəxəssisi

PASHA Life
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    15 mart 2023

  • Bitmə tarixi

    14 aprel 2023

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!

1. Müvafiq sığorta məhsulları üzrə Cəmiyyətin tariflərinin müəyyən edilməsi, sığorta və təkrarsığorta üzrə baza tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
2. Zərərlilik əmsalının hesablanmasının həyata keçirilməsi və idarə edilməsi sahəsində təkliflər hazırlanması;
3. Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
4. Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı şərtlərin iqtisadi əsaslandırılmasının metodologiyasının işlənib hazırlanması;
5. Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması sahəsində təkliflərin verilməsi;
6. Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
7. Partnyor banklara və digər təşkilatlara qiymət təklifini təqdim etmək;
8. Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi üzrə təkliflərin verilməsi;
9. Müxtəlif sığorta məhsulları üzrə kalkulyatorların yaradılması və yenilənməsi;
10. Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması.

Namizədə tələblər:

İş təcrübəsi: Aktuari kimi 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası: Riyaziyyat, Tətbiqi riyaziyyat (Kompüter Elmləri), İqtisadiyyat, Maliyyə, Statistika, Aktuar ixtisasları üzrə balakavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta;
Üstünlüklər: Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi, MS Office Excel-VBA və SQL proqramlaşdırma bilikləri, Magistr dərəcəsinin olması, Rus dili biliklərinin orta səviyyədə olması.
Kompüter bilikləri: MS Word: əla, MS PowerPoint: əla, MS Excel: orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə.

İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Elan #848854

  • 776

Kateqoriya Digər

İş rejimi Tam-ştat

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox